Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-80/2021 23.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Quba rayonu YPX inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın (protokolun) ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Quba rayonu YPX-nin xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə saat 16:56 radələrində Quba-Qusar yolu karantin nəzarət postunda xüsusi karantin qaydalarına əməl etməmişdir. Bununla da Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsinin tələblərini pozmuşdur. X2 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Quba rayonu YPX inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın (protokolun) ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsində göstərmişdi ki, o, xx.xx.2021-ci il tarixdə, saat 16.56-də “Mersedes benz” C180 markalı ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman Quba -Qusar yolunda xidmət keçən .polis zabitinin göstərişi ilə barəsində AR İXM-nin 211.2-ci maddəsinə əsasən İXP ******* nömrəli qərar (protokol] qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda] müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə] və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs] videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İXM-nin 126-cı maddəsinə əsasən şikayət verməklə həmin qərarı qanunsuz hesab edərək aşağıdakı əsaslara görə ləğv edilməsini xahiş edir: Belə ki, həqiqətən qeyd olunan tarixdə o, avtomobillə Quba -Qusar yolu ilə hərəkətdə olmuş. Pamdemiya ilə əlaqədar xidmət aparılan məntəqədə saxlamışlar sənədlərini təqdim etmiş. Bu zaman xidmətdə olan polis leytenantı onlara yaxınlaşaraq yanına yol polis əməkdaşını çığırıb barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən İXP ******* nömrəli qərar (protokol) tərtib edilməsini tələb etmişdir. Lakin yol polisi əməkdaşı yaxılaşaraq Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozmadığını müəyyən edərək barəsində protokol tərtib etmək istəmədiyini bildirmişdir. Lakin polis zabitinin təkrar əmrindən sonra barəsində məcbur olub protokol tərtib etmişdir. Belə ki, həm avtomobilini idarə edərkən, həm də saxlanılan zaman qoruyucu maskada olmuş. Həmin vaxtı ona qarşı qərəzli mövqe tutan polis zabitinin qanunsuz əmri ilə barəsində əsassız protokol tərtib edilmişdir. Göstərilənıərə əsasən barəsində Azərbaycan Respublikası Quba rayonu YPX inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xаhiş еtdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Quba rayonu YPX-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Quba RPŞ-nin YPX tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Quba rayonu YPX inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın (protokolun) ləğv edilməsi barədə X1 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Azərbaycan Respublikası Quba rayonu YPX inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın (protokolun) ləğv edilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-80/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-80/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver