Məhkəmə qərarları › İş №3(027)-80/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-80/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-80/2023 23.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ İş № 3(027)-80/2023 QƏRARDAD inzibati xəta haqqında protokolun və sənədlərin qaytarılması haqqında 23 yanvar 2023-cü il Quba rayonu Quba Rayon Məhkəməsi Mən, Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Şəxs Yüzəhməd oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis Şöbəsindən AR İXM-nin 157-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs Yüzəhməd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, iş üzrə icraat 06 yanvar 2023-cü il tarixdə MN №0102541 nömrəli qərara əsasən dayandırılmış və qeyd edilən qərar ləğv edilmədən, habelə icraat təzələnmədən baxılması üçün göndərilmişdir. Halbuki, AR İXM-nin 104.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir və bu barədə 48 saat ərzində müvafiq prokurora yazılı məlumat verilir. Yuxarıda qeyd edilən Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir: Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Yüzəhməd oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında MN № ******* nömrəli protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar