Məhkəmə qərarları › İş №3(027)-800/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-800/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-800/2023 16.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən Şəxs MMC-nin barəsində tərtib edilmiş N 01400-03286/23 nömrəli, 20 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2023-cü il tarixli, 34/012/002887 saylı raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********2446 sorğu nömrəli qömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 9911,22 ABŞ dolları (16849,07 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsi təmin edilməmişdir. "xxxx" MMC-nin hal-hazırda fəaliyyət qöstərib-qöstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən məlummatlar əldə olunmuşdur. Belə ki, MMC-nin ********** saylı vöenlə qeydiyyatdan keçdiyini, fəaliyyətinin aktiv oğduğu və hüquqi ünvanının Quba rayonu, Timiryazev kəndi olduğu və sahibinin X1 olduğu müəyyən olunmuşdur. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar "xxxx" MMC-nin qeydiyyatda olduğu (Quba rayonu, Timiryazev kəndi) ünvana xx.xx.2023-cü il tarixli, 1700-012/0xx-xx/001064 saylı bildiriş, həmçinin də X1 yaşadığı Quba rayonu, Timiryazev kəndinə xx.xx.2023-cü il tarixli, 1700-013/0xx-xx/002191 saylı məktub qöndərilmiş və MMCdən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 9911,22 ABŞ dolları (16849,07) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə ən qısa müddətdə Şimal Ərazi Baş Gömrük İdarəsinə qəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin, şirkətin heç bir nümayəndəsi Şimal Ərazi Baş qömrük İdarəsinə qəlməmişdir. "xxxx" MMC ixrac etdiyi yükün müqabilində 9911,22 ABŞ dolları (16849,07 manat) vəsaitin ödənilib-ödənilməməsini müəyyən etmək məqəsdi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə xx.xx.2023-cü il tarixli 34/013/003364 saylı sorğu ünvanlanmışdır. Gömrük prosedurları və ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixli 34/012/003414 saylı xidməti qeydinə əsasən hal-hazırda 8911,22 ABŞ dolları (15149,07 manat) vəsait "xxxx" MMC-nin müvəkkil bankda olan hesabına ödənilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC **********2446 saylı qömrük bəyannaməsi üzrə 8911,22 ABŞ dolları (15149,07 manat nəbləğində vəsait bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X2 izahatında bildirmişdi ki, onlar neçə illərdir ki, meyvə-tərəvəz ixracı ilə məşğuldur. Gömrük bəyannaməsi üzrə həmişə müvəkkil banka vəsait ödənilmişdir. Sonuncu dəfə mal Dubaya yola salınsa da, pulu hələ alınmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmiş, habelə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs "xxxx" MMC-nin istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar nəzərə alınmaqla Şəxs MMC barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və və inzibati xətanın bilavasitə obyekti olan 8911,22 ABŞ dolları xarici valyutanın dəyərini təşkil edən 15149,07 manat manat məbləğin 35 (otuz beş) %-i məbləğdə -yəni 5302 (beş min üç yüz iki) manat cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar