Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-801/2024 04.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba rayonu, Amsar kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs 2024-cü ilin avqust ayında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN 1603908- 3803 nömrəli protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Zərərçəkmiş şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yerinə gələrək münaqişə etmiş, mobil telefonuna zəng edərək, ona hədə qorxu gəlmiş, həm özü həm də atası anası onu təhqir etmişlər. Onun ailəsinin dağılmasına o, səbəb olmamışdır. Zərərçəkmiş şəxs ilə onun həyat yoldaşı çoxdan ayrılmışlar. Zərərçəkmiş şəxs onun iş yerinə gələrək dəfələrlə təhqir etmişdir. Zərərçəkmiş şəxs onun barəsindəki dedikləri əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X5 ilə 13 ildir ki, evlidir. Həmin evlilikdən 3 övladı vardır. Lakin, aprel ayından Günel adlı qadınla qeyrirəsmi əlaqə quraraq onunla yaşamaqdadır. Həmin müddət ərzində həmin Günel adlı qadın uşaqlarını əlindən almaq adı ilə onu hədələmiş və təhqir etmişdir. Buna görə avqust və sentyabr aylarında 102-yə zəng edərək şikayət bildirmişdir. Tələbi odur ki, ondan və uşaqlarından uzaq dursun. Onu təhqir etməsin. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 75 (yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-801/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-801/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver