Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-803/2021 04.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Protokol tərtib edən X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Quba rayonunda anadan olmuş, evli, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı ünvan 1 ünvanda qeydiyyatda olan Quba rayonu Şuduq kəndində yaşayan Şəxs barəsində Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-908 nömrəli, 03.05.2018-ci il tarixli icra sənədini tam icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X6 oğlu göstərdi ki, Quba Rayon Məhkəməsinin 2(027)-908 nömrəli, 03.05.2018-ci il tarixli icra sənədini tam icra etməmiş, belə ki, icra sənədində göstərilən cehiz-əmlaklar və qızıl-zinət əşyaları tələbkara verilməsi təmin edilmişdir. Lakin cehizəmlaklara daxil olan televizor və xörək servisi borclu tərəfindən tələbkara təqdim olunsa da, tələbkar həmin əmlakların onun olmamasını əsas gətirərək qəbul etməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, məhkəmə qətnaməsində göstərilən əmlakların böyük bir hissəsini Quba rayon İcra və Probasiya şöbəsinin vasitəsilə təhvil verib, yerdə qalan televizor və yemək servizini dəfələrlə qarşı tərəfə vermək istəsə də, qarşı tərəf heç bir əsas olmadan onları götürməkdən imtina edir. Həmin əmlakların dəyərini istəyir. Qeyd edib ki, məhkəmə qətnaməsində əmlakın dəyəri göstərilməmişdir, yenisini alıb verməyə də maddi imkanı yoxdur. Həmin əşyalar yaxşı vəziyyətdədir, istifadəyə yaralıdır. Buna baxmayaraq qarşı tərəf onları götürməkdən imtina edir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-803/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, qətnamədə göstərilən əmlakların dəyərinin göstərilmədiyini, Şəxs tərəfindən qətnamədə göstərilən əmlakların böyük bir hissəsini qaytarıldığını, televizor və xörək sevisinin də qaytrılmasına heç bir etiraz etmədiyini nəzərə alaraq, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-803/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-803/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-803/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-803/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver