Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-804/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X1 Quba rayon PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 290.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda X4 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞnin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdi ki, ona məxsus malqaranın Quba rayonu İspik kəndi ərazisində yerləşən İnstitut bağı ərazisinə daxil olaraq atlaması bildirilərək Quba RPŞ-də barəsində İXM-nin 290.1.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Qeyd edir ki, o, halhazırda Quba şəhəri Dəvədabanı yaşayış massivində yaşayır və özünə məxsus mal-qaranı həmin yerdə saxlayır. İnstitut bağı onun evindən 5 km uzaqlıqda yerləşir. Ümumiyyətlə ona məxsus mal-qara həmin əraziyə getməmiş,evinin yanında, hörügdə, onun nəzarətində olmuşdur. Quba RPŞ-nin sahə rəisi X3 tərəfindən barəsində tərtib olunmuş protokol ləğv еdilməsini məhkəmədən xаhiş еtmişdi. İşə baxılmasının yeri və vaxtı barədə X2 və Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nə məlumat verilsə də, X4 və Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə X4 və Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki,X1 Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə ancaq inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X1 Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-804/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-804/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver