Məhkəmə qərarları › İş №3(027)-806/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-806/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-806/2024 07.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firuz oğlunun və onun müdafiəçisi Vəliyev Azad heybət oğlunun iştirakı ilə, xx.xx.1989-cu ildə Quba rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Firuz oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Firuz oğlu xx.xx.2024-cü il tarixdə Quba rayonu, Amsar kəndində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək, dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs Firuz oğlunun barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN 1603810-3816 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firuz oğlu bildirdi ki, xx.xx.2024-cü il tarixdə Quba rayonu, Amsar kəndində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək, dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə Quba rayonu, Amsar kəndində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Şəxs Firuz oğlu onu döymüşdür. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru X2 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs Firuz oğlunun əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində cinayət işinin başlanması rədd edilmiş, inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə (X3) göndərilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firuz oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar barışmışdır və Şəxs Firuz oğlu barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Firuz oğlunun zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs Firuz oğlu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Firuz oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar