Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-807/2024 22.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş 3-13-16/1-6971 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X3 müraciət edərək, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş 3-13-16/1-6971 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülkiyyətində **-SG-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomaşın vardır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomaşınla Quba şəhəri C.Cabbarlı küçəsində hərəkət edərkən sağa manevr edib 226 Atıcı diviziya küçəsi tərəfə dönmüşdür. Sonradan onun telefonuna smslə məlumat gəlmişdir ki, guya o, qeyd etdiyi istiqamətdə hərəkət edərkən işıqforun və nizamlayıcının qadağanedici işarəsi olduğu halda hərəkəti davam etdirmiş və bununlada AR İXM 327.2-ci maddəsinin nəzərdə tutulan inzibati xətanı törətmişdir və 80 manat cərimə edilmişdir. C.Cabbarlı küçəsində hərəkət edərkən heç bir yolayrıcını keçmə qaydalarını pozmamışdır. Qeyd edilən inzibati xətanı törətmədiyi üçün barəsində tərtib edilmiş qərarla razılaşmır, qərar ədalətsiz qəbul edilmişdir. O, hadisə yerinin kamerasından çıxarış etmişdir və həmin yerdə olan yol hərəkəti işarəsindən aşkar olur ki, həmin işarə qadağanedici işarə deyil gözləmə işarəsidir və həmin işarəyə uyğun hərəkət etmişdir və AR İXM nin 327.2-ci maddəsinin qaydalarını pozacaq hərəkət törətməmişdir. Məhkəmə iclasında şikayət verən şəxsin X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ DYPB-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən tərtib edilmiş 3-13-16/1-6971 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, DİN Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə təqsirli bilinərək, 80 manat cərimə edilməsi qərara alınmış, Ə. Ramazanov həmin qərarla razılaşmayaraq, qərarın ləğv edilməsi barədə Quba Rayon Məhkəməsinə müraciət etmiş, TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(027)- 464/2024 saylı qərarı ilə ləğv edilərək, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilməsi qərara alınmış və Quba rayon polis şöbəsinin DYPB-ə göndərilmişdir. İş yenidən araşdırılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X3 barəsində 80 manat məbləğində cərimə müəyyən edilməsi barədə 3- 13-16/1-6971 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir. Əkbər Ramazanov yenidən məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini və inzibati xətaya görə əməlində inzibati xəta tərkibi olmadığından, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 80 (səksən) manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Bu nişanlar nəqliyyat vasitələrinin yollarının kəsişdiyi yerlərdə keçmə ardıcıllığını müəyyən etdiyindən mühüm əhəmiyyət kəsb edir. “Renault Megane” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil nizamlanan yolayrıcında hərəkətdə olmuşdur. Nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. “Renault Megane” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda 2.4 (yol verin) üstünlük nişanı vardır. Nişan ikinci dərəcəli yolda, üstün keçid hüququ olan yola çıxan yerdə quraşdırılır. Bu nişan nizamlanmayan yolayrıclarında yandan gələn nəqliyyat vasitələrinə növündən aslılı olmayaraq yol verməyi tələb edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40-cı bəndində qeyd olunub ki, üstünlük — nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Yolayrıclarına çıxan yerlərdə ”Yol verin” nişanı quraşdırıldıqda sürücü yolayrıcına çatana qədər yan yoldan gələn nəqliyyat vasitələrini yaxşı gördüyündən onlara yol vermək tələbi qanunun 1.41 maddəsində göstərilən “Yol vermək” anlayışı ilə tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.41-ci maddəsinə əsasən yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Təqdim olunmuş sübutlardan və izahatlardan da göründüyü kimi, “Renault Megane” markalı **- SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ikinci dərəcəli yolla hərəkətdə olmaqla baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olmasına və hərəkəti davam etdirməklə qanunun tələbinə riayət etməməsinə dair xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar sübut kimi qərara əlavə olunmamışdır. Bundan əlavə Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda hadisənin baş vermə yeri ünvan 1 ünvanı göstərildiyi halda, Quba RPŞ DYPB-nin 3-13-16/1-6971 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarda isə hadisənin baş vermə yeri Quba şəhəri, Hüeydər Əliyev prospekti, “Asan Xidmət” dairəsi göstərilmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə barəsində şikayət verilmiş qərar ləğv edilməli və X2 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105.1, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, 3-13-16/1-6971 saylı qərarı ləğv edilsin və X1 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-807/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-807/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver