Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-81/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz rayonu, Hacıəlibəy kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ən e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, Quba şəhəri, SMU-12 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, Quba şəhəri, SMU-12 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs döyüb. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, həyat yoldaşı X. İskəndərova ilə aralarında mübahisə olduğundan, yoldaşı çıxıb Quba şəhərində yerləşən atası evinə getmişdir. O barışmaq üçün 12 noyabr 2022-ci il tarixdə onların evinə getmiş və evin qapısının qıfıla bağlı olmasını görmüşdür. Qapının qıfılını qıraraq açmış və mübahisə zamanı həyat yoldaşına yüngül zərbə vuraraq oranı tərk etmişdir. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır. Ərizəni təqdim edərək barışdıqlarını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 232-1 və 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materialında olan 970 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən belə nəticəyə gəlinir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər - sifətində sağda bazuda qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 12 noyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-81/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-81/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver