Məhkəmə qərarları › İş №3(027)-812/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-812/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-812/2024 08.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Quba rayonu, Hacıqayıb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: 1ADDUAD, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayonu Hacıqayıb kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:23 radələrində Quba rayon Hacıqayıb kənd ərazisində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumuruq və sillə ilə vuraraq fiziki ağrı yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Quba rayonu, Hacıqayıb kənd sakini Zərərçəkmiş şəxs şğbəyə zəng edərək, Şəxs adlı şəxsin 2400 manat əmək haqqını verməməsi və onu döyməsi barədə məlumat vermişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 25 oktyabr 2023-cü il tarixdən Quba rayonu Tülər kəndində yaşayan Zərərçəkmiş şəxs ona məxsus Quba rayonu Hacıqayıb kəndində yerləşən bağ sahəsində xx.xx.2024-cü il tarixədək fəhlə kimi işləmişdir. Bağ sahəsində olan oduncaqları o, onun üçün doğrayıb torpağa basdırmış və əldə olunan hər kisə kömürə görə ona 1 manat vermişdir. Belə ki, aya 300-400 manat pul alıb. O, ona bütün pulları vermişdir. Lakin o, hazırda ona iddia etmişdir ki, 2400 manat ona pul verməlidir. O, Ziyadı təhqir etməmiş, Ziyad onun üzərinə gələrkən Ziyadı sillə ilə vurmuşdur. O, Zərərçəkmiş şəxsla rəsmi olaraq müqavilə bağlamamış və onu müqavilə olmadan işlətmişdir.o, Zərərçəkmiş şəxs döyməmiş və hal hazırda barışdıqlarını bildirmişdir. O, məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən Quba rayonu, Hacıqayıb kəndində Şəxs üçün bağ sahəsində fəhlə kimi işləmiş. Kömür basdırmışdır. Belə ki, aya 300-400 manat pul almış və həmin bağda qalmışdır. Sonuncu 6 ayın pulu qalmış və Məlik ona hazırda 2400 manat pul verməlidir. Onunla müqavilə bağlamadan işlər gördürmüşdür. 11 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində onu kəndin içərisində nalayiq ifadələrlə təhqir etmiş və yumruq sillə ilə bədənin müxtəlif nahiyyələrinə vurmuşdur. Ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 814 nömrəli, 11 sentyabr 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdı. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 sentyabr 2024-cü il tarixli qərardan göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti AR İXM-nin 157-ci maddə ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-in İTB-nə və Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin X2 göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar