Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-813/2025 08.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 30137421 nömrəli qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, əsassız olduğuna görə DİN BDYPİ-nin X2 xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 23 avqust 2025-ci il il tarixdə təxminən səhər saat 05 radələrində idarə etdiyi özünə məxsus KAMAZ-5511 YÜK markah 77FM860 dövlət qeydiyyat nişanlı avtomaşına çınqıldan (əlləmə) ibarət olan yükü Quba rayonunun Qaraçay ərazisindəki karxanadan yükləyib Bakı şəhəri, Masazır tikinti meydançasına aparırdı. Yükü ünvanına aparmamışdan əvvəl Qaraçayda karxananın tərəzisində ölçdü ki, norma pozuntusuna yol verilməsin. Ümumi çəki avtomaşınla birlikdə 25640 kiloqram gəldi, yəni yol verilən 26 ton çəkini aşmadı. Yüklə yolda olduğu zaman Şabran rayonunun ərazisində Bakı istiqamətində Mollakamallı kəndini keçəndən sonra telefonuna SMS gəldi ki, normadan artıq-28270 kq yükdaşımaya yol verdiyinə görə barəsində AR İXM-nin 353.2ci maddəsilə elektron tərəzinin qeydə aldığı məlumat əsasında 600 manat məbləğində cərimə olunmuşdur. Buna görə xx.xx.2025-ci il tarixdə Quba rayon PŞ-nin DYPB-nə gəlib barəsində tərtib olunmuş inzibati xəta üzrə qərarın surətini götürdü və başa düşdü ki, yolun Şabran rayonunun Mollakamallı kəndindən keçən hissəsində quraşdırılmış elektron tərəzinin səhv göstəricilərinə əsasən idarə etdiyi avtomaşının yüklə birlikdə çəkisində, güya normadan artıq-26 tondan artıq yükdaşımaya yol verməklə inzibati xətaya yol vermişəm və buna görə 600 manat məbləğində cərimə olunmuşdur. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin qəbul etdiyi həmin qərarı əsassız hesab edir. Belə ki, əvvələn o, qeyd olunan yol hərəkəti qaydasını pozmamış, qərarda adına yazılan bu pozuntu düzgün göstərilməmişdir. Çünki həmişə olduğu kimi yüklə yola düşməmişdən əvvəl avtomaşının yüklə birlikdə çəkisi tərəzidə çəkilmiş və norma daxilində olmuşdur ki, bu barədə xx.xx.2025-ci il tarixli 20761 № li qəbz də mövcuddur. Eyni qaydada əvvəllər də dəfələrlə həmin avtomaşınla Qaraçaydan Bakı şəhərinə yük daşımış, amma bir dəfə də olsun belə pozuntu qeydə alınmamışdır. Onlar yük daşıyan sürücülər yükdaşımada çəki artıqlığına yol verilməsinin nə dərəcədə ciddi pozuntu olmasını və yüksək cərimə nəzərdə tutulduğunu yaxşı bilir, ona görə də həmişə yüklə yola çıxmamışdan qabaq çəkini ölçürlər. Bu səbəblərdən, güya Şabran rayonunun Mollakamallı kəndindəki elektron tərəzinin göstəricisi kimi qeydə alman göstəricini o qeyri-obyektiv hesab edir. İkincisi, cərimə olunmağı barədə ona məlumat daxil olduqdan sonra məlumatı düzgün olmamasını sübut etmək üçün əvvəlcə Zarat DYP postuna, sonra H.Z.Tağıyev qəsəbəsindəki yol tərəzisinə, Saray DYP postuna və Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim ki, avtomaşınımı yüklə birlikdə tərəzidə təkrarən çəksinlər. Lakin bu müraciət etdiyim ünvanlarda şikayətimə baxan olmadı. Masazır duz gölünün yaxınlığında yolda yol polisi əməkdaşları dayanmışdılar,onlar bir neçə yük maşınları saxlamışdılar. Onun da avtomaşınnı saxladılar, artıq yük olub- olmadığını soruşdular və yükü tərəzidə çəkəcəklərini bildirdilər. Sevindi ki, nəhayət avtomaşınındakı yükü ölçəcəklər və yükünün norma daxilində olmasını sübut edə biləcəyək. Orada söhbət zamanı bundan qabaq tanışı, Quba şəhərindən olan Elmar adlı sürücüyə səhər nahaqdan 600 manat cərimə olunduğunu söhbət etmişdi. Elmar onun səhər cərimə olunmağını DYP əməkdaşına bildirdikdə, telefonla DYP əməkdaşı harasa zəng etdi. Telefonda. ona nə dedilərsə yükünü ölçmək fikrindən daşındı, AYNA-ya müraciət etməsini dedi. AYNA-nı da tapa bilmədi. Avtomaşınının təkrarən ölçülməsindən imtina etmələrindən bir daha əmin oldu ki, onun yükü norma daxilində olmuşdur, onlar onu nahaqdan cərimə etmələrinin üzə çıxmasından ehtiyat edərək yükümü nəyin bahasına olur-olsun yenidən ölçməkdən boyun qaçırırdılır. Ona görə də DİN BDYPİ X1 xx.xx.2025 ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və avtomobilə yükü standartlara uyğun yüklədiyini bildirmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, AR DİN-in Baş X6i İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə AR DİN-in Baş Dövlə Yol Polisi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 EQ 30137421 saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib, 600 manat məbləğində cərimə edilmişdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30137421 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30137421 nömrəli qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30137421 nömrəli qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-813/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-813/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver