Məhkəmə qərarları › İş №3(027)-816/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-816/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-816/2025 22.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, ”AZ-TÜRKÇELİKMAKİNA" MMC-nin nümayəndəsi X2 işitrakı ilə, Şəxs MMC (ünvanı: Quba rayonu, Paşaoba kəndi; qanuni təmsilçisi: X1; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən 33000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 01 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür.Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 33000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 02 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs ”AZ- TÜRKÇELİKMAKİNA" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, bəyannamədə texniki səhv olmuşdur. Həmin texniki səhv aradan qaldırılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, “Az-Türkçelikmakına" MMC barəsində tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(027)-816/2025 saylı inzibati işin məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, **********0307 YGB-nə əsasən xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş 33000.00 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, o cümlədən inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, “AZ-TÜRKÇELİKMAKİNA" MMC-nin avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsinə görə müəyyən olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir. İş materiallarında olan xx.xx.2023-cü il taixli ödəniş tapşırığından görünür ki, “AZ- TÜRKÇELİKMAKİNA" MMC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə əsasında 33000.00 ABŞ dolları məbləğində vəsaitini “AZ-TÜRKÇELİKMAKİNA" MMC tərəfindən OOO LTD MM adına köçürmüşdür. xx.xx.2023-cü il tarixli **********0307 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “AZ-TÜRKÇELİKMAKİNA" MMC tərəfindən ölkədən məxaric olunmuş 33000.00 ABŞ dolları məbləğində vəsait əsasında ölkəyə “AZ-TÜRKÇELİKMAKİNA" MMC tərəfindən alınmış mallar mədaxil olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “AZ- TÜRKÇELİKMAKİNA" MMC Bankın Quba filialına ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********0307 saylı gömrük bəyannaməsini təqdim etmişdir. Həmin bəyannamədəki məlumatlar köçürülmüş məbləğlə eyniləşdirilmiş və yük gömrük bəyannaməsi bağlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılmasıQaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2020-ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il taixli ödəniş tapşırığına əsasən “AZ-TÜRKÇELİKMAKİNA" MMC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə əsasında 33000.00 ABŞ dolları məbləğində vəsait “AZ-TÜRKÇELİKMAKİNA" MMC tərəfindən OOO LTD MM adına köçürmüşdür. xx.xx.2023-cü il tarixli **********0307 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən “AZ-TÜRKÇELİKMAKİNA" MMC tərəfindən ölkədən məxaric olunmuş 33000.00 ABŞ dolları məbləğində vəsait əsasında ölkəyə “AZ- TÜRKÇELİKMAKİNA" MMC tərəfindən alınmış mallar mədaxil olunmuşdur. "xxxx" ASCnin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, “AZ-TÜRKÇELİKMAKİNA" MMC Bankın Quba filialına ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********0307 saylı gömrük bəyannaməsini təqdim etmişdir. Həmin bəyannamədəki məlumatlar köçürülmüş məbləğlə eyniləşdirilmiş və yük gömrük bəyannaməsi bağlanmışdır. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi də məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar