Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-82/2022 27.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 05 oktyabr 2021-ci il tarixində saat 00:20 radələrində Quba rayonu, Rustov kəndində yerləşən “Sərt döngə” kafesində qanunsuz olaraq psixotrop maddə istehlak etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs oğlunun barəsində 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, 05.10.2021-ci il tarixdə Quba rayonu Rustov kəndi ərazisində yerləşən “Sərt Döngə” adlanan kafeyə Nemətlə birlikdə çay içmək üçün getmişdir. Kafedə Telmanla birlikdə oturub söhbət edib çay içmişlər. Otaqda olan zaman Telman bir ədəd siqareti çıxarıb çəkməyə başlamışdır. Çəkdiyi marixuanadan ona və Nemətə təklif etmişdir. O da təklifi qəbul etmiş və həmin siqareti Telmandan alıb bir neçə dəfə nəfəsinə çəkmişdir, ardınca da Nemət bir neçə nəfəs çəkmişdir. Sonra isə Telman özü çəkməyə başlamışdır. O, marixuananı istifadə etdikdən sonra otaqdan çıxmışdır. Bir qədər sonra yenidən otağa qayıtmışdır. Təxminən saat 23:50 radələrində əyləşdikləri otağa iki nəfər polis serjantları daxil olub, karantin qaydaları ilə əlaqədar saat 00:00 radələrindən etibarən kafenin işləməsinin qadağan olunduğunu bildirib, kafedən getmələrini xahiş etmişlər. Polis əməkdaşlarından biri otaqdan narkotik vasitənin qoxusunun gəlməsini deyib, narkotik vasitə istifadə etmələri haqqında soruşduqda, Telman etiraf edərək üzərində narkotik vasitə olmasını, həmçinin istfadə etdiyini bildirmişdir. Daha sonra digər polis əməkdaşları çağırılmış, həmin polis əməkdaşları özlərini təqdim edib Telmana narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olmağını bildirib vəkil təqdim etmişlər və vəkil tərəfindən hüquqlarının müdafiəsinə etiraz etməmişdir. Telman əynində olan gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan salfetkanı çıxarıb stolun üzərinə qoymuşdur. Bundan başqa Telmanın üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sol yan cibindən isə 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar olunmuşdur. Polis əməkdaşı Telmandan narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşuduqda, Telman səmimi etiraf edərək həmin narkotik vasitələri tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə ölçülmüş, salfetkada olan kütlənin çəkisi 1,9 qram, 1 ədəd kibrit qutusunda olan bükülünün çəkisi isə 7,7 qram olmuşdur. Həmin kütlələr ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış və Telman müdafiəçisi ilə birlikdə imzalamışdır. Bundan sonra ondan və Nemətdən narkotik vasitələri istifadə etməyi və üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predmet olması barədə soruşduqda, o və Nemət üzərində olan əşyaları könüllü olaraq çıxarıb stolun üzərinə qoymuşlar və Telmanla birlikdə marixuanadan istifadə etdiklərini etiraf etmişlər. Üzərlərində heç bir qanunsuz əşya olmamışdır. Bu barədə video çəkiliş aparılmışdır. Baxış sonlandıqdan sonra onları sənədləşmə ilə əlaqədar Quba RPŞ-nə dəvət etmişlər. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin İB-nin müstəntiqi X6 tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 11 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs 05 oktyabr 2021-ci il tarixində saat 00:20 radələrində Quba rayonu, Rustov kəndində yerləşən “Sərt döngə” kafesində qanunsuz olaraq psixotrop maddə istehlak etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəm-tibbi ekspertiza və X3” X7 Məhkəmə-kimya şöbəsinin Mərkəzinin 18.10.2021 -ci il tarixli 3291A/K nömrəli ekspert rəyindən görünür ki, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edimişdir. Qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törmələri və silsilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs oğlunun barəsində həbs etmənin 27 yanvar 2022-ci il tarixdən, saat 16:20-dən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 27 yanvar 2022-ci il tarixdən, saat 16:20-dən hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-82/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-82/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver