Məhkəmə qərarları › İş №3(027)-82/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-82/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-82/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Talabı kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Quba rayon talabı kəndində Zərərçəkmiş şəxs döymüşdür. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 tərəfindən Şəxs barəsində 24 yanvar 2023-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 27 noyabr 2022-ci il tarixdə təxminən saat 09. radələrində Quba rayonu Talabı kəndində evinin yaxınlığında küçədə Zərərçəkmiş şəxs görmüşdür. O, Gülşəndən zibilləri nə üçün onun qapısının ağzına tökdüyünü soruşmuşdur. Gülşən təkidlə zibilləri onun atmadığını, əksinə onun atdığını demişdir. Bu səbəbdən onlar mübahisə etməyə başlamışlar. Gülşənin əlində ağac parçası var idi. Onlar bir-birlərinə yaxın dayanmışlar. Birdən Gülşən əlində olan ağac parçası ilə onu vurmuşdur. O, onun əlində olan ağacdan tutub dartışmışlar və o, yerə yıxılmışdır. Yerdə Gülşən onu bir neçə dəfə ağacla vurmuşdur. Daha sonra ora Gülşənin oğlu Gülfət yaxınlaşmışdır. O, qızı Aytacı çağırmış. Gülşən və Gülfət oradan uzaqlaşıb getmişlər və mübahisə başa çatmışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxt orada o, və Gülşən olmuşlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 27 noyabr 2022-ci il tarixdə təxminən saat 09. radələrində Quba rayonu Talabı kəndinə evinin yaxınlığında Şəxs görmüşdür. Dilarə ondan nə üçün zibilləri onun qapısının ağzına atdığını soruşmuş, o, ona zibilləri atmadığını, əslində onun zibilləri onun qapısına atdığını demişdir. Dilarə onu nəlayiq söyüşlərlə təhqir etməyə başlamış və onu vurmuşdur. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X7 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı X3 tərəfindən qəbul edilmiş məhkəməyədək sadələşdirlmiş icraat materialı üzrə sübutların qimətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət. Zərərçəkmiş şəxs 27 noyabr 2022-ci il tarixdə təxminən saat 09. radələrində Quba rayonu Talabı kəndində yaşadıqları evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Şəxs əlində olan ağac parçası ilə vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan alnında ortada qançır-hematoma, burnunun üstündə əzilmiş yara, sol əlin arxa səthində yumşaq toxumanın əziyi və qançırı ilə nəticələnən sağlamlığa qısa müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarəti yetirməsi həmin epizod üzrə cinayətin törədilməsi tam təsdiqini tapdığından, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək içraatın açılması nəzərə alınaraq, həmin xüsusat üzrə yekun protokolu tərtib edilməklə materialın məhkəmə baxışına göndərilməsi təmin edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs Osman qızının barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti onun barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nə İTB-nə göndərilmişdir. İş materiallarında olan 1028 saylı ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizaası əsasında belə nətiçəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar olunan xəsarət sol əlin arxa səthində qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 27 noyabr 2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qararda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar