Məhkəmə qərarları › İş №3(027)-821/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-821/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-821/2020 22.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs üzərindən xx xxxxxxxx 2020-ci il tarixdə Quba şəhəri, Sahil küçəsində şəxsi axtarış keçirilərkən 1.4 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili X1 tərəfindən Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixə Quba şəhəri ərazisinə bazarlıq etmək üçün gəlmişdir. Quba şəhərinin köhnə avtovağzal adlanan yerdə yol getdiyi zaman yerdə ağ rəngli “Argo” siqaret qutusu görmüş və qutunu tapdaladıqda qutu əzilmədiyindən içərisində nəsə olduğunu hiss etmişdir. Düşünmüşdür ki, siqaret doludur və əyilib götürüb açıb baxdıqda içərisində həm bir neçə ədəd siqaret gilizi və bir ədəd siqaret sellofanına bükülmüş yaşıl rəngli ota bənzər kütlə görmüşdür. Əvvəllər bir dəfə marixuana istifadə etdiyi üçün həmin kütləni iyləyib, iyindən marixuana olduğunu bilmiş və ətrafda heç kimin baxmadığına əmin olduqdan sonra cibinə qoyaraq oradan uzaqlaşıb getmişdir. İşlədiyi yaylaqda ondan başqa çobanlar da olduğundan istifadə edə bilməmiş, xx.xx.2020-ci İİ tarixdə səhər saatlarında yenə də Quba şəhərinə bazarlıq üçün gəldikdə kənar bir yerdə cibində olan marixuanadan istifadə etmək üçün avtovağzal dairəsindən qəsəbə körpüsü istiqamətində getmiş və sağ tərəfə çay kənarına gedən yol ilə gedərək, çayın heç kim olmayan sakit bir hisəsində həmin marixuanadan istifadə etmək istəmişdir. Çayın kənarında bir qədər gəzişmiş, sonradan sakitlik olduğunu görüb ətrafı gəzişdiyi zaman, Quba RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və onun üzərində narkotik vasitənin saxlamasında şübhəli olmasını bildirərək, üzərində olan əşyaları təqdim etməsini bildirmişlər. O, əynində olan göy rəndli cins şalvarın sol cibindən bir ədəd "KG Tel" telefonu, bir ədəd "Samsung A3” markalı telefonu, şəxsiyyət vəsiqəsini, pul qabını, sağ yan cibindən isə bir ədəd “Arqo” siqaret qutusunu və alışqanı çıxararaq təqdim etmiş, siqaret qutusunun içərisinə baxış keçirildiyi zaman siqaret gilizlərinin yanında bir ədəd siqaret sellofanına bükülmüş, yaşıl rəngli ot şəkilli kütləni də təqdim etmişdir. Həmin bükülü Konstant markalı elektron tərəzidə çəkilərəkən 0.5 qram olması aşkar edilmişdir. Həmin bükülü ağ rəngli zərfə qoyularaq möhürlənmiş və o, vəkil zərfin üzərində və tərtib edilmiş protokolda soyadlarının qarşısında imza etmişlər. Baş vermiş hadisə ilə bağlı əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7/638 nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 1,388 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 1,388 qram olmuş və bu da cinayət məsuliyyətini yaradan həddən aşağı olduğundan inzibati məsuliyyət yaradır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, Şəxs üzərindən götürülmüş 1,388 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanması üçün Quba RPŞ-nin Təminat Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs üzərindən götürülmüş 1 ədəd bükümdəki qalıq çəkisi 1,388 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar