Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-826/2021 06.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X13, Zərərçəkmiş şəxslər X8 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Quba rayonu, Digah kəndində qeydiyyatda olan və yaşayan (X10 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin 2(027)-181/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-646/2015 saylı, 15 dekabr 2015-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X19 tərəfindən 06 oktyabr 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X19 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon Məhkəməsinin 2(027)-183/2018 nömrəli, 04 aprel 2018-ci il tarixli icra sənədinə əsasən, 20.07.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 31,08.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. Sumqayıt Apelyasiya Məhkəməsinin 15.12.2015-ci il tarixli, 2(105)-646/15 saylı icra sənədinə əsasən borclular X7 və Şəxs Tazəhməd oğlundan müştərək qaydada 1400 ABŞ dolları və 224 manat məbləğində pul və 23 manat ödənilmiş dövlət rüsumu alınaraq X9 verilməlidir. X1 2000 manat məbləğində pul alınaraq X9 verilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 160 manat məbləğində pul cavabdeh X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına 21.12.2015-ci il və 23.02.2021-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borclulara rəsmi məlumat verilmişdir. Lakin borclular icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdirlər. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borcluların bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub- olmaması yoxlanılmışdır. Borcluların gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Aliment üzrə bu günkü tarixə qədər tələbkarın xeyrinə heç bir ödəniş olunmamışdır. Hal-hazırda 1690 manat məbləğində aliment borcu yaranmışdır. Borc tələbi üzrə isə borclu V.Şıxkərimov tərəfindən müştərək qaydada ödənilməli olan borcdan cəmi 302 manat tələbkarın xeyrinə ödənilmiş, hazırda 1368 ABŞ dolları məbləğində icra sənədi üzrə borc qalmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin 2(027)-183/2018 nömrəli, 04 aprel 2018-ci il tarixli icra sənədinə əsasən, 20.07.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan 31,08.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. Sumqayıt Apelyasiya Məhkəməsinin 15.12.2015-ci il tarixli, 2(105)-646/15 saylı icra sənədinə əsasən borclular X7 və ondan müştərək qaydada 1400 ABŞ dolları və 224 manat məbləğində pul və 23 manat ödənilmiş dövlət rüsumu alınaraq X9 verilməlidir. Bildirmişdir ki, Quba rayon Məhkəməsinin 2(027)-183/2018 nömrəli, 04 aprel 2018-ci il tarixli icra sənədi üzrə aliment borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Qısa müddət ərzində yaranmış borcu ödəyəcəkdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 15.12.2015-ci il tarixli, 2(105)- 646/15 saylı icra sənədi üzrə borcu isə ödəməyəcəkdir. X3 tərəfindən ona heç bir pul veriləmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin 2(027)-183/2018 nömrəli, 04 aprel 2018-ci il tarixli icra sənədinə əsasən, 20.07.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs 31,08.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Aliment üzrə bu günkü tarixə qədər onun xeyrinə heç bir ödəniş olunmamışdır. Hal-hazırda 1690 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs X8 izahat verərək göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 15.12.2015-ci il tarixli, 2(105)-646/15 saylı icra sənədinə əsasən borclular X7 və Şəxs müştərək qaydada 1400 ABŞ dolları və 224 manat məbləğində pul və 23 manat ödənilmiş dövlət rüsumu alınaraq ona verilməlidir. V.Şıxkərimov tərəfindən müştərək qaydada ödənilməli olan borcdan cəmi 302 manat onun xeyrinə ödənilmiş, hazırda 1368 ABŞ dolları məbləğində icra sənədi üzrə borc qalmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, protokolu tərtib etmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X19 Şəxs Quba rayon Məhkəməsinin 2(027)-181/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-646/2015 saylı, 15 dekabr 2015-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini əsas gətirərək, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Lakin, icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı bir-biri ilə əlaqədar olmayan iki ayrı icra sənədini üzrə bir protokol tərtib etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə riayət etməmişdir. Beləliklə, protokolu tərtib etmiş Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X17 izah olunmalıdır ki, hər bir icra sənədi üzrə ayrı-ayrılıqda protokol tərtib etməklə yenidən məhkəməyə müraciət edə bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-826/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-826/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver