Məhkəmə qərarları › İş №3(027)-832/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-832/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-832/2021 07.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokolu tərtib etmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşqul olan, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə Quba RPŞdən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 07.10.2021-ci il tarixdə saat 01:40 radələrində küçədə nəlayiq ifadələr işlədərək, polisin qanuni tələblərinə əməl etməmişdir. Şəxs 07.10.2021-ci il tarixdə saat 01:40 radələrində Quba şəhəri, Fətəlixan küçəsində ucadan ünvansız nəlayiq küçə söyüşləri söyərək, içtimai qaydanı pozmuşdur. Məhkəmədə protokolu tərtib etmiş şəxs - Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 bildirdi ki, Şəxs 07.10.2021-ci il tarixdə saat 01:40 radələrində küçədə nəlayiq ifadələr işlədərək, polisin qanuni tələblərinə əməl etməmiş, 07.10.2021-ci il tarixdə saat 01:40 radələrində Quba şəhəri, Fətəlixan küçəsində ucadan ünvansız nəlayiq küçə söyüşləri söyərək, içtimai qaydanı pozmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o, əmisi oğlu Qadir və Qadirin həyat yoldaşı Türkayla bir maşında olublar, Qadir maşını saxlayıb marketə gedib, o, maşında Türkayla oturub söhbət edib, bu vaxt polis əməkdaşları onlara yaxınlaşıb onlardan soruşandaki, “burda neynirsiz?”,o da cavabında əmisi oğlunu gözlədiyini deyib. Sonradan Qadir də ora yaxınlaşıb polislə aralarında münaqişə yaranıb və onları pols şöbəsinə aparıblar. Götərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X4 bildirdi ki, o tez- tez Qubaya gəlir, bu dəfə də əmisi oğlu Habil və həyat yoldaşı Türkayla bir yerdə qonaq gedərkən maşını işlək vəziyyətdə saxlayaraq, düşüb marketə gedib, əmisi oğlu Habil ilə Türkay maşında oturub gözləyiblər. Onları maşında qoyub düşüb ki, marketdən alış-veriş etsin. Qayıtdığında polisin orda onlarla mübahisə elədiyini görüb, o da nə baş verdiyini bilmək istəsə də, münaqişə sərtləşib və onlar polis şöbəsinə aparılıb. Məhkəmədə şahid X5 bildirdi ki, xidməti vəzifəsini yerinə yetirərkən, o maşına yaxınlaşıb soruşub ki, burda neynirsiz? Habil maşından düşüb kiməsə zəng vurub, və Qadir adlı şəxs söyüşlə danışaraq onlara yaxınlaşıb və münaqişə yaranıb. Onları nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə məhəl qoymayaraq nəlayiq ifadələr işlətiblər və məcbur olub onları şöbəyə aparıblar. İnzibati xəta haqqında işin sənədlərini tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alır və onun barəsində inzibati tənbeh tədbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128- 130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar