Məhkəmə qərarları › İş №3(027)-832/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-832/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-832/2022 19.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Şəxs barəsində Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Xaçmaz RPŞ-nin baş polis kapitanı X1 tərəfindən tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati qaydada tənbeh edilmiş və o, inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, barəsində tərtib olunmuş protokolla əlaqədar cərimənin ödənilməsi barədə qəbzi məhkəməyə təqdim etmiş və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Xaçmaz RPŞ-nə və Şəxs məlumat verilməsinə baxmayaraq Xaçmaz RPŞ -nin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə Xaçmaz RPŞ-nin nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir Belə ki, iş sənədlərində olan Şəxs ərizəsinə əlavə edilmiş ********* nömrəli qəbzdən görünür ki, Şəxs İXP4564851 nömrəli protokola əsasən sürücülük vəsiqəsinə tərtib edilmiş cəriməni e- Manat vasitəsilə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuluyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev pr. Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62- 63 www.gubacourt.gov.az Elektron ünvan İş № 3(027)-832/2022 19 avqust 2022-ci il Quba rayon Polis şöbəsinin rəisi polis polkovniki cənab Mehman Əliyevə Şəxs Ünvan: Quba rayonu, Qəcər-Zeyid kəndi Quba Rayon Məhkəməsinin 3(027)-832/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərar 01 vərəq. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar