Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-833/2024 24.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X9 qızının katibliyi, X1 iştirakı ilə, X3 DİN BDYPİ-nin 04 iyun 2024-cü il tarixli EQ 21545441 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 məhkəməyə şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında 04 iyun 2024-cü il tarixli EQ 21545441 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Quba regional “Asan xidmət” mərkəzində sürücülük vəsiqəsini yoxlayan zaman ona məlum olmuşdur ki barəsində 14 ədəd qərarla cərimə yazılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə Quba Rayon Polis şöbəsinin DYPB-nə müraciət edərək həmin qərarları əldə etmişdir. Barəsində tərtib edilmiş həmin qərarlarla razı deyil. Belə ki, “Mercedes Benz E220 GDİ minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. X8 qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı X2 hüququ olduqda idarə etmək, sərəncam vermək və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. X11 tərəfindən X6, həmçinin ona etibarnamə verilmişdir. X6 verilmiş etibarnamənin müddəti bitmişdir. Qeyd etdiyi kimi həmin nəqliyyat vasitəsilə əlaqədar ona da etibarnamə vermişdir və Cəmil Musayevin etibarnaməsi qüvvədən düşdükdən sonra “Mercedes Benz E220 CDİ minik” markalı, **- CV-*** dövlət qeydiyyat nişanlı avtmobillə bağlı cərimələr ondan əvvəlki və qüvvədə olan etibarnamə əsasında avtomatik olaraq onun adına yazılmağa başlamışdır. 04 iyun 2024-cü il tarixli EQ 21545441 nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərara əsasən 300 manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilmiş qərar əsassız və qanunsuz olmuğundan hesab edir ki, ləğv olunmalıdır. Məhkəmə iclasında X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, DİN BDYPİ-i nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərarlardan verilmiş şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarlar ləğv edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında 04 iyun 2024-cü il tarixli EQ 21545441 saylı inzibati xəta haqqında qərara əsasən 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən, bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə-iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 iyun 2024-cü il tarixdə Mercedes Benz E220 GDİ minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozmaq ilə əlaqədar törədilən inzibati xəta üzrə 300 manat cərimə edilməsi İXM-nin 6.1-ci maddəsinin tələblərini pozmaqla əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Şikayət həmçinin onunla əsaslandırılmışdır ki, X11 tərəfindən X6, həmçinin ona etibarnamə verilmişdir. X6 verilmiş etibarnamənin müddəti bitmiş və həmin etibarnamə qüvvədən düşdükdən sonra “Mercedes Benz E220 CDİ minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtmobillə bağlı cərimələr ondan əvvəlki və qüvvədə olan etibarnamə əsasında avtomatik olaraq onun adına yazılmağa başlamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, avtomobilin nəzərdə tutulmuş sürət həddi tələbinə riayət etməməsilə bağlı inzibati xəta üzrə sübut kimi müəyyən olunan xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar nəqliyyat vasitəsinin sürücüsünün kim olaması və inzibati xətanın hansı şəxs tərəfindən törədildiyini əks etdirir. Səlahiyyətli orqan mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaqla inzibati xətanı törədən şəxsin müəyyən edilməsi mümükünlüyü üzrə nəticəyə gəlinə biləcəyindən və qeyd edilən etibarnamələr məhkəməyə təqdim edilmədiyindən, şikayət icraata xitam verilməsi hissəsində təmin edilməməli, beləliklə də, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1 -ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2024-cü il tarixdə törədilən inzibati xəta dayanma durma qaydalarının pozulması ilə bağlı olduğundan, həmin inzibati xətanı, yəni İXM-nin 346.1-ci maddəsilə (dayanma və durma qaydalarını pozma) müəyyən olunmuş inzibati xətanı törədən şəxs şikayətçinin əsaslandığı hallar tədqiq olunmaqla müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında DİN BDYPİ-nin 04 iyun 2024-cü il tarixli EQ 21545441 saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş 04 iyun 2024-cü il tarixdə AR İXM-nin 346.1-ci maddəsilə (dayanma və durma qaydalarını pozma) məsuliyyətə cəlb edilməsi hissəsində yenidən araşdırılması üçün DİN BDYPİ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-833/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-833/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver