Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-837/2022 08.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və müdafiəçisi X3 iştirakları ilə xx.xx.1993-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, “Avt logostics”da sürürücü işləyən, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: MN ******* nömrəli, 08 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(028)-257/2020 saylı və xx.xx.2021-ci il tarixli 2(028)-40/2021 saylı icra sənədlərini tam icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X2 göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(028)-257/2020 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixindən başlayaraq tutulub xx.xx.2019-cu il tarixində doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-40 saylı icra səndinə əsasən borclu Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub 11,09.2020ci il tarixində doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. S. Bayramov bu günə qədər, yəni xx.xx.2022-ci il tarixə kimi 7480 manat ödəniş etmiş, icra sənədi üzrə 340 manat aliment borcu qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, göstərilən icra sənədləri üzrə aliment borcundan bu günə kimi 7480 manat ödəniş edib. Əvvəl işləyirdi aliment əmək haqqından tutulurdu. Bir neçə aydır ki, işdən azad olunub və maddi durumuna görə cəmi bir ayın borcunu ödəyə bilməyib. Hal-hazırda bir aya görə 340 manat aliment borcu var, həmin borcu qısa zamanda ödəyəcək. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-837/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(028)-257/2020 saylı və xx.xx.2021-ci il tarixli 2(028)-40/2021 saylı “icra vərəqələri” Quba Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il vəxx.xx.2021-ci il tarixlərdə daxil olmuşdur. İcra məmurunun təqdimatında qeyd edildiyi kimi borclu 7480 manat ödəniş etmiş, xx.xx.2022-ci il tarixə kimi bir ayın pulu heasblanmaqla cəmi 340 manat təşkil edir. Şəxs həmin aliment borcunu ödəməkdən qərəzli olaraq imtina etmir və qısa zamanda aliment borcunu, yəni 340 manat pulu ödəyəcəyini bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, nəzərə alaraq, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-837/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,
105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qəraraaldı:
Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-837/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlqar Məmmədov