Məhkəmə qərarları › İş №3(027)-839/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-839/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-839/2025 01.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Quba rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli,evli, pensiyaçı, Quba rayonu, Digah kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 01 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı və Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(105)-64/2024 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Təqdimatı onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərfindən verilmiş 2(027)-40/2023 saylı, xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.metr hissəsindən çıxarılmalıdır. Cavabdeh X6 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılmalıdır. Ekspertiza xərci olan 50 manat məbləğində pul cavabdehlər X6 və Şəxs müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(105)- 64/2024-031 saylı icra vərəqəsinə əsasən iş üzrə borclu Quba rayonu Yuxarı Digah kəndində iddiaçı X2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin cavabdeh X6 zəbt edib qanunsuz istifadə etdiyi 0,786 ha hissəsindən, digər cavabdeh Şəxs isə zəbt edib qanunsuz istifadə etdiyi qalan 0,414 ha hissəsindən çıxarılmalıdır. Cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə çəkilmiş məftil hasar onların (cavabdehlərin) öz hesabına sökülməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2024-cü il və 06.01,2025-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbi qərəzli şəkildə təmin olunmasına izahatında etiraz etmiş, həmçinin dəfələrlə icra tədbirləri keçirilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmişdir. Bununla da icra sənədinin icrasından boyun qaçırtmaqda davam edir. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X7 izahatında bildirmişdir ki, borclu Şəxs icra sənədi üzrə tələbi qərəzli şəkildə təmin olunmasına izahatında etiraz etmiş, həmçinin dəfələrlə icra tədbirləri keçirilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmişdir. Barəsində qanunvericiliyin tələblərinə əsasən tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, məhkəmə qətnamələri barədə məlumatı vardır. Lakin torpaq sahəsi Həbibxan Əhmədxanova məxsus deyildir. Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Həmin torpaq sahəsi ona məxsusdur. Odur ki, torpaq sahəsindən çıxmayacaqdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Quba Rayon Məhkəməsinin 2(027)-40/2023 saylı, xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Əsədova X1 İmran İman oğlunun mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.metr hissəsindən, cavabdeh X6 iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılnalı, ekspertiza xərci olan 50 (əlli) manat məbləğində cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(105)-64/2024 saylı icra vərəqəsinə əsasən Quba rayonu, Yuxarı-Digah kəndində iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin cavabdeh X6 zəbt edib qanunsuz istifadə etdiyi 0.786 ha hissəsindən, digər cavabdeh Şəxs isə zəbt edib qanunsuz istifadə etdiyi qalan 0,414 ha hissəsindən çıxarılmalı, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə çəkilmiş məftil hasar onların öz hesabına sökülməlidir. “İcraata başlamaq haqqında”qərarın surətindən görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra sənədi xx.xx.2024-cü il tarixində icra məmuru Vahid Məmmədovun icraatına daxil olmuşdur. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra sənədi və Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-64/2024 saylı icra sənədi eyni borclu barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən bir icraatda birləşdirilmişdir. İş materiallarında olan hər iki icra sənədi üzrə xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildirişlər göndərilmiş. Məhkəmə hesab edir ki, borclu Şəxs qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələblərinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmiş, həm icra şöbəsində, həm də məhkəmədə verdiyi izahatında torpaq sahəsinin ona məxsus olmasını və sözügedən torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın mövcudluğunu, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar