Məhkəmə qərarları › İş №3(027)-846/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-846/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-846/2021 12.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Xaçmaz rayonu, Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Xaçmaz rayonu, İlxıçı kəndində qeydiyyatda olan və Quba rayonu, Barlı kəndində yaşayan (X3 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 02 iyul 2021-ci il tarixdə saat 09 radələrində Quba rayonunun Barlı kəndində çəpər qonşusu Zərərçəkmiş şəxs aralarında şəxsi münasiətlər zəminində yaranmış mübahisə zamanı sifətinə sillə ilə vurmuş və sonra da dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində 12 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 02 iyul 2021-ci il tarixdə saat 09 radələrində Quba rayonunun Barlı kəndində çəpər qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasiətlər zəminində mübahisə yaranmışdır. Bildirmişdir ki, mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etmiş və üstünə gəlib qollarına, sifətinə, əllərinə cırmaq atmışdır. O, Rəfiqəni döyməmişdir. Qeyd edilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 02 iyul 2021-ci il tarixdə saat 09 radələrində Quba rayonunun Barlı kəndində çəpər qonşusu Şəxs ilə aralarında şəxsi münasiətlər zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı Pirzadə onu təhqir edib, üzünə, sifətinin sağ tərəfinə sillə vurmuş və saçlarından yapışıb dartmış, qollarından tutub yerə yıxmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X6 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 iyul 2021-ci il tarixli, 561 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – sağ saidin aşağı 1/3 iç səthində, sol bazunun arxa 1/3-nin iç səthində və sağ dizdə hərəsində bir yerdə qançır, sol dizdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 02 iyul 2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, Şəxs 02 iyul 2021-ci il tarixdə saat 09 radələrində Quba rayonunun Barlı kəndində çəpər qonşusu Zərərçəkmiş şəxs aralarında şəxsi münasiətlər zəminində yaranmış mübahisə zamanı sifətinə sillə ilə vurmuş və sonra da dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin, yəni döymə inzibati xətasının tərkibi vardır. Ona görə də Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X1 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar