Məhkəmə qərarları › İş №3(027)-850/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-850/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-850/2020 02.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, işləməyən, orta təhsilli Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Zaur Ağayevin ünvanına ucadan nəlayiq söyüşlər söymüşdür. Şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Quba rayonu Aşağı-Atuc kəndində yaşadığı evdə sərxoş vəziyyətdə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs boğazından tutub boğaraq, saçlarından yapışaraq başını bir neçə dəfə divara vurduqdan sonra 2 dəfə sillə ilə üz nahiyyəsindən vurub, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmədə protokolu tərtib edən X3 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Quba rayonu Aşağı-Atuc kəndində yaşadığı evdə sərxoş vəziyyətdə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs boğazından tutub boğaraq, saçlarından yapışaraq başını bir neçə dəfə divara vurduqdan sonra 2 dəfə sillə ilə üz nahiyyəsindən vurub, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Protokolu təhqiqat qərarı əsasında tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə Zaur Ağayev ilə aralarında baş vermiş münaqişə ilə əlaqədar barışmışlar. xx.xx.2020-ci il tarixdə anasını vurmamışdır, sadəcə olaraq evdəki bəzi əşyaları dağırmışdır. Qərar qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Мəhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, oğlu Şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Quba rayonu Aşağı-Atuc kəndində yaşadığı evdə sərxoş vəziyyətdə onu boğazından tutub boğaraq, saçlarından yapışaraq başını bir neçə dəfə divara vurduqdan sonra 2 dəfə sillə ilə üz nahiyyəsindən vurub xəsarət yetirmişdir. Hazırda şikayətçidir. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında protokolları və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ŞəxsAzərbaycanRespublikası İnzibatiXətalarMəcəlləsinin510 və 157-cimaddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasənxırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasəninzibati xətanı xx.xx.2020-ci il tarixdə törədib və həmin hadisə ilə bağlı Quba RPŞ-nin Təhqiqat Qrupu xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanılması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.Qanunvericiliyin tələbi baxımından məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı ŞəxsAzərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasəndöymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddələrinə əsasən Şəxs mənsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-cimaddəsinəəsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cümaddəsinəəsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin157-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmamasını və məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməsini nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510,109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsi ilə bağlı xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsin əvvəli xx xxxxxxx 2020-ci il tarixdə saat 11:00-danhesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayətiveriləbilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar