Məhkəmə qərarları › İş №3(027)-855/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-855/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-855/2022 11.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, Quba rayonu, Digah kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: MN ******* nömrəli, 11 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(027)-38/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X2 göstərdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(027)-38/2022 saylı icra sənədinə əsasən borclu Zərərçəkmiş şəxs 18 mart 2020-ci il tarixli qeydiyyat nömrəsi **********2 olan çıxarışla məxsus olan, Quba rayonu Yuxarı Digah kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaq sahəsində tikinti işlərinin, torpaq becərmə, ağacəkmə işlərinin aparılması cavabdehlər Şəxs və X5 qadağan edilməlidir. Şəxs məhkəmənin qərardadına sonra həmin torpaq sahəsindən preslənmiş otu çıxarmışdı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 1998-ci ildən həmin torpaq sahəsi onun istifadəsində olub. Bu ildə ordan ot biçib və otu preslətdiririb, məhkəmə qərardadı ilə torpaq sahəsində tikinti işlərinin, torpaq becərmə, ağacəkmə işlərinin aparılmasına qadağa qoyulan vaxtda onun həmin torpaq sahəsində preslənib yığılan ot tayaları olub, o da ona məxsus preslənmiş ot tayalarını torpaq sahəsindən çıxarıb. Məhkəmə qərardadından sonra, onun tərəfindən həmin torpaq sahəsində tikinti işləri, torpaq becərmə, ağacəkmə işləri aparılmayıb. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-855/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(027)-38/2022saylı icra vərəqəsi Quba Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İcra məmurunun təqdimatında qeyd edildiyi kimi Zərərçəkmiş şəxs 18 mart 2020-ci il tarixli qeydiyyat nömrəsi **********2 olan çıxarışla məxsus olan, Quba rayonu Yuxarı Digah kəndində yerləşən 0,12 ha yaşayış məntəqələri torpaq sahəsində tikinti işlərinin, torpaq becərmə, ağacəkmə işlərinin aparılması cavabdehlər Şəxs və X5 qadağan edilməlidir. Şəxs ifadəsində həmin icra sənədini icra etməkdən qərəzli olaraq imtina etmir və qeyd edir ki, sözü gedən torpaq sahəsi əvvəllər də istifadəsində olduğuna görə, məhkəmənin müvəqqəti təminat tədbiri ilə əlaqədar torpaq sahəsindən istifadəyə qadağa qoyulması barədə qərardadı qəbul olunmazdan əvvəl orda otu biçdirib, preslətdirib, tayalara vurub, ona görə həmin preslənmiş otu sahədən çıxarmalı olub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, nəzərə alaraq, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-855/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,

105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qəraraaldı:

Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-855/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar