Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-859/2020 07.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokol tərtib edən X2, Zərərçəkmiş şəxs qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx xxx 1970-ci ildə Quba rayonu, rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Quba rayonu, Qonaqkənd kəndində ünvanda qeydiyyatda olan yaşayan Şəxs barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl zərbəsi ilə vurmuşdur. Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yaşadıqları evdə sərxoş halda anası Zərərçəkmiş şəxs başından əli ilə və sinəsindən itəliyərək ona xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokollar tərtib edən şəxs X3 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl zərbəsi ilə vurmuşdur. Həmçinin Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yaşadıqları evdə sərxoş halda anası Zərərçəkmiş şəxs başından əli ilə və sinəsindən itəliyərək ona xəsarət yetirmişdir. Protokolları təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə baş verən hadisədə özünü təqsirli bilər, əməlindən peşmandır, bir daha bu cür hərəkətlər etməyəcək. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə onu vurmuşdur. Hazırda oğlu-Şəxs ilə barışdığını bildirərək, onun barəsində olan işə xitam verilməsini xahiş edir və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmasını nəzərə alaraq hesab edir ki, Şəxsinzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Şərh edilənləri və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmasınınəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157,109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-859/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-859/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver