Məhkəmə qərarları › İş №3(027)-863/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-863/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-863/2022 15.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, məhkum X9 və vəkili X7 iştirakları ilə, X2 Quba Rayon Məhkəməsinin 1(027)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin digər cəza növü ilə əvəz olunması barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 təqdimatına baxaraq, məhkəmə Müəyyən etdi: Quba Rayon Məhkəməsinin 1(027)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli, hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 göstərdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-32/2022 saylı hökmünə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hökmü ilə onun üzərinə Quba rayonunun ərazi hüdudlarını, eləcə də yaşadığı evi (Quba rayonu, İ Nügədi) hər gün saat 24:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur.Hökmün surəti və hakimin göstərişi icra olunması üçün 19 05 2022-ci il tarixdə Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.Cəzanın icrasının təmin edilməsi məqsədilə məhkum İ.Məmmədli 01 06 2022-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüş, xx.xx.2022-ci il tarixdə isə sonuncuya “Attentı” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilərək müvafiq protokol tərtib edilmişdir.Elektron monitorinq mərkəzində məhkum i.Məmmədlinin “Attenti" elektron monitorinq sistemi vasitəsilə izlənməsi zamanı məhkumun xx.xx.2022-ci ıl tarixdə elektron qolbağı açdığı müəyyən olunmuşdur Məlumatla əlaqədar xx.xx.2022-cı il tarixdə məhkum şöbəyə çağırılmış və baxış zamanı müəyyən olunmuşdur ki, məhkum İ.Məmmədli elektron qolbağı açmışdır. Bununla əlaqədar məhkumun müvafiq izahatı alınmış və məhkum izahatında bildirmişdir ki, ona təyin olunmuş azadlığm məhdudlaşdırılması növündə cəzanın qalan hissəsini çəkməkdən və elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edir, həmçinin cəzanı çəkməkdən boyun qaçırmanın hüquqi nəticələrim dərk edir.Beləliklə, cəzanın icrası ilə bağlı məhkum İ.Məmmədliyə hüquq və vəzifələri izah olunsa da, o, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli olaraq boyun qaçırmışdır.X2 təyin olunmuş 01 (bır) il 11 (on bir) ay 26 iyirmı altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş Ol oir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə məhkum X16 bildirdi ki, ona təyin edilmiş cəzanı çəkməkdən imtina etmir. xx.xx.2022-ci il tarixdə şalvarını çıxaran zaman elektron nəzarət vasitəsi ayağından açılmış və səhəri günü icra məmurunun yanına getmiş, səhhəti yaxşı olmadığı üçün orada nə yazdığı yadında deyil. Hazırda himayəsində iki azyaşlı övladının olmasını və ona təyin edilmiş cəzanı çəkməkdən imtina etməməsini nəzərə alaraq, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə məhkum X9 vəkili X14 məhkumun himayəsində iki azyaşlı övladının olmasını və ona təyin edilmiş cəzanı çəkməkdən imtina etməməsini nəzərə alaraq, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə prokuror X6 təqdimatın təmin edilməsini təklif etdi. Məhkəmə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8, prokurorun təklifini və məhkum X13, vəkili X10 dinləyərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-32/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdirH.ökm və onun icrası barədə göstəriş 19 05 2022-ci il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 01 06 2022-ci il tarixdə X4 rayon İcra və probasiya şöbəsində qeydiyyatına götürülmüş və xx.xx.2022-ci il tarixdə məhkuma “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 519.0.1-ci maddəsinə əsasən, məhkumun yaşayış yeri üzrə məhkəmə hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qacıran şəxsin hökmün, yaxud məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya ona təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi və bununla bağlı məsələlərin həlli ücün məhkumun tutulması barədə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatına baxır. Qeyd olunan qanunvericilik normalarının tələbindən cıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, X16 azadlığın məhdudlaşdınlması cəzasını çəkməkdən qəsdən boyun qaçırması halı sübuta yetirilmədiyi üçün ona təyin edilmiş azadlığın məhdudlaşdınlması cəzası başqa cəza növü ilə əvəz edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin Quba Rayon Məhkəməsinin 1(027)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli, hökmü ilə məhkum X16 barəsində təyin edilmiş azadlığın məhdudlaşdınlması növündə cəzanın çəkilməmiş hissəsinin digər cəza növü ilə əvəz olunması barədə təqdimat təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 519-520-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Quba Rayon Məhkəməsinin 1(027)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli, hökmü ilə məhkum X16 barəsində təyin edilmiş azadlığın məhdudlaşdınlması növündə cəzanın çəkilməmiş hissəsinin digər cəza növü ilə əvəz olunması barədə təqdimat təmin edilməsin. Quba rayon Vəkil Bürosunun vəkili X14 tərəfindən məhkum X9 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qəraradan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar