Məhkəmə qərarları › İş №3(027)-864/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-864/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-864/2025 08.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Azərbaycan Respublikası X4 X10 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvandan qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Quba şəhəri, H.Əliyev prospektində yerləşən “5 Fəsil” obyektinin fasadında və qarşısında 18 iyun 2025-ci il tarixdə müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı aşkar edilmişdir. Bununla bağlı X10 İdarəsinin müdiri X2 tərəfindən Şəxs barəsində 04 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, sözügedən obyektdə hazırda sahibkar o deyildir, həmin obyekt 2 ay onun adında olmuş, adına olduğu müddətdə ödənişlərini etmişdir. 2025-ci ildən Quba rayonunda fəaliyyət göstərmir. Onun həmin obyektlə bağlı öhdəliyi, məsuliyyəti yoxdur. Həmçinin reklam kimi istifadə olunan ad patentləşdirilmədiyindən digər şəxslər tərəfindən də istifadə oluna bilir. Məhkəmə iclasında Azərbaycan Respublikası X4 X10 İdarəsinin nümayəndəsi X7 protokolu müdafiə etdiyini, cari ilin yanvar ayından ödəniş olmadığını, Şəxs obyektdə fəliyyət göstərmədiyi barədə məlumat vermədiyini bildirmişdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakşlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, “5 fəsil Univermaq” reklam adı ilə fəaliyyəti göstərən obyekt Quba şəhəri, H.Əliyev prospekti ünvanında yerləşir. Lakin həmin obyektin kim tərəfindən işlədilməsi məlum deyil. İş materiallarında olan X4 X10 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə X1 xəbərdarlıq məktubu ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Quba rayon Məhkəməsinə 07 oktyabr 2025-ci il tarixli 3-21-2-10/2-89564/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Şəxs (VÖEN**********) ünvan 3 ünvanında yerləşən “5 fəsil” mağazasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sahibkarlıq fəaliyyəti göstərmişdir. Hazırda xx.xx.2025ci il tarixdən digər şəxs fəaliyyət göstərir. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ünvan 3 ünvanında yerləşən “5 fəsil univermaq” adı ilə fəaliyyət göstərən obyektdə sahibkar kimi fəaliyyət göstərmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 07 oktyabr 2025-ci il tarixli 3-21-2-10/2-89564/2025 saylı məktubuna əsasən həmin obyektdə xx.xx.2025-ci il tarixdən digər şəxs fəaliyyət göstərir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsində Şəxs aidiyyəti olmadığından, bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar