Məhkəmə qərarları › İş №3(027)-866/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-866/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-866/2022 30.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 nümayəndəsi və vəkili X2 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X15 iştirakı ilə, X6 X16 Xidmətinin Quba X19 tərəfindən tərtib edilmiş 02 avqust 2022-ci il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 rəisi X11 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 02 avqust 2022-ci il tarixli, MN ******* saylı qərara əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. X12 həmin qərardan şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X17 Xidmətinin X4 02 avqust 2022-ci il tarixli qərarı ilə (qərarı verən X16 Xidmətinin X4 rəisi T.Nəzərov) o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməklə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X16 Xidmətinin X4 qərarını aşağıdakı əsaslarla düzgün hesab etmir. T.Nəzərov qərarı çıxararkən ona əsaslanmışdır ki, X13 2010-cu il tarixdən xx.xx.2022ci il tarixədək guya onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Lakin bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinin ona və konkret olaraq bu hala heç bir aidiyyəti yoxdur. Bu maddədə işəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə nəzərdə tutulur. Belə ki, o, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və təbii ki, işəgötürən deyil. İnzibati xəta haqqında işin materiallarında onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmağını və işəgötürən olmağını təsdiq edən heç bir sənəd yoxdur. X16 Xidmətinin X8 qərar çıxararkən ancaq X7 ərizəsinə və şöbədə bildirildiyinə görə şahid ifadələrinə əsaslanmışdır. Etibarnamə ilə nümayəndəsi şöbədə inzibati xəta haqqında işin materialları ilə tanış olmaq və onların surətlərini almaq istəsə də, ona bundan şöbədə imtina edilmişdir. Nümayəndəsi qərarın qəbul edildiyi tarixdə xx.xx.2022-ci ildə müvafiq ərizə ilə şöbəyə müraciət etsə də, halhazıra qədər ərizəyə heç bir cavab verilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında işin X16 Xidmətinin X3 alınmasını xahiş edir. Yuxarıda göstərilənlərdən belə məlum olur ki, onun barəsində əsassız qərar qəbul olunmuşdur. O, işəgötürən olmadığından X16 Xidmətinin X4 02 avqust 2022-ci il tarixli qərarı ləğv olunmalıdır. Hesab edir ki, çıxarılan qərar Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin l-ci hissəsində nəzərdə tutulmuş bərabərlik hüququnun (Hamı qanun və məhkəmə qarşısında bərabərdir) ona münasibətdə pozulmasıdır. Yuxarıdakıları nəzərə alaraq və İXM-nin 130-137-ci maddələrinə əsaslanaraq X16 Xidmətinin X4 02 avqust 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 nümayəndəsi X9 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, Mübariz Əhmədov protokol tərtib olunmasında iştrirak etməmiş, protokolda onun imzası yoxdur. Mübariz hazırda sahibkarlıq fəaliyyəti ilə məşqul deyil, gömrük orqanında işləyir, vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırıldığına yəni, dövlət orqanında işlədiyi üçün VÖEN-i ləğv etmədiyinə görə ona işlədiyi dövlət orqanı tərəfindən töhmət verilib. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını, X16 Xidmətinin X4 02 avqust 2022-ci il tarixli, MİN ******* saylı qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X20 şikayəti qəbul etməyərək, bildirdi ki, Mübariz Əhmədova rəsmi bildiriş göndərilib gəlməyib. Mübarizin adına olan VÖEN 2022-ci ilin əvvəlinə kimi aktiv olub. Mübariz özü deyib ki, VÖEN-i vardır, özü gömrükdə işlədiyinə görə və adının hallanmasını istəmədiyinə görə protokolun anasının adına yazılmasını təklif etmişdir. Şahin Eldarovun şikayəti əsasında araşdırma aparılıb. Şahidlər sürünün Mübarizin olduğunu və onların pullarını vermədiyini demişlər. Ona görə də şikayəti əsassız hesab edir təmin olunmamasını xahiş edir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DƏMX-nin X4 baş əmək müfəttişi X21 tərəfindən xx.xx.2022-ci il tarixdə X12 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə DƏMX-nin X4 baş əmək müfəttişi X21 tərəfindən X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarla X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmiş, X1 qərardan xəbəri olmamış, həmin qərarın qəbul edilməsinə əsas şahid ifadəsinin olmasını müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada xəbərdar olunmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Belə ki, X12 barəsində olan inzibati xəta haqqında qərar onun rəsmi qeydiyyatda olduğu ünvana göndərilməmiş, o, bu barədə məlumatlandırılmamışdır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 rəisi X11 tərəfindən X12 barəsində qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X5 göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X12 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 rəisi X11 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X5 göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar