Məhkəmə qərarları › İş №3(027)-868/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-868/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-868/2025 23.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Binəqədi DYPŞ-nin inspektoru, polis mayoru X2 tərəfindən barəmdə tərtib edilmiş X9 Haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Binəqədi DYPŞ-nin inspektoru, polis moyoru X3 tərəfindən barəmdə tərtib edilmiş X9 Haqqında xx.xx.2025- ci il tarixli, TP ******* saylı qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 3(027)-849/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin və ona əlavə olunmuş sənədlərin mənə qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Lakin onun tərəfindən, şikayətə, yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsində baxılması ilə bağlı vəsatət əlavə olunmamışdır. Hazırda həmin nöqsanı aradan qaldıraraq şikayətə, şikayətə yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsində baxılması ilə bağlı vəsatəti əlavə edir. xx.xx.2025-ci il tarixdə elektron portaldan əldə etdiyi, Binəqədi DYPŞ-nin inspektoru, polis moyoru X3 tərəfindən barəsində tərtib edilmiş X9 Haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6 -cı maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək barəmdə 100 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin qərara əsasən tənbehə əsas, “xx.xx.2025-ci il tarixdə, saat 17:21-də Binəqədi rayonu, Bakı- Sumqayıt şosse istiqamətində VAZ 21102 markalı, 10KB267 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X7 pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə nətyicəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6 -cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir". Hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Binəqədi DYPŞ-nin inspektoru, polis moyoru X2 tərəfindən barəmdə tərtib edilmiş X9 Haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qanunsuz və əsassızdır, qərar ləğv edilməli, işin icraatına xitam verilməlidir. Binəqədi DYPŞ-nin inspektoru, polis moyoru X3 tərəfindən barəsində tərtib edilmiş X9 Haqqında xx.xx.2025ci il tarixli, TP ******* saylı qərarında göstərilən inzibati xəta hadisəsi olmamışdır. Hazırki iş üzrə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən heç bir hall, səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş və bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, AR DİN-nin Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə AR DİN-nin Baş X10 İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin Binəqədi DYPŞ-nin inspektoru, polis mayoru X2 tərəfindən tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinməsinə dair X9 haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X4 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “X9 haqqında” qərar ləğv edilməli və inzibati iş, ərizədə qeyd edilən xüsusatlar nəzərə alınaraq yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1ci maddələri ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “X9 haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar