Məhkəmə qərarları › İş №3(027)-87/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-87/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-87/2021 10.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X3 iştirakı ilə, Quba RPŞ YPX-nin inspektoru Bəhruz Əmrəhovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Quba RPŞ YPX-nin inspektoru Bəhruz Əmrəhovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Hal-hazırda X5 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X5 göstərdi ki, o, Quba rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru X2 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunmuş. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru X2 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı saylı Qərarı əsassız, mövcud inzibati qanunvericiliyin tələblərinə zidd, qərəzli olaraq hec bir faktiki sübutlara əsaslanmadan verildiyindən ləğv olunmalı və həmin qərarın icraatına xitam verilməlidir. Aşağıda göstərdiyi əsaslara görə barəsində verilmiş həmin qərarla razılaşmır: O, Quba rayonu, Rustov kəndində yaşayır. Ona məxsus “VAZ 21099” minik markalı, 10HK 585 dövlət nömrə nişanlı avtomaşını etibarnamə ilə AF-303356 seriyalı sürücülük vəsiəsi əsasında idarə edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin uçota alınması haqqında ********** VÖEN nömrəli Şəhadətnamə əsasında, DMV seriyalı, 015970 nömrəli Fərqlənmə Nişanı ilə taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini bir təhər dolandırır. xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 8-30 radələrində həmkəndlisi - Quba rayonu, Rustov kənd sakini - Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinin Əməliyyatxana bölməsində tibb bacısı vəzifəsində işləyən X6 Quba Rayon Mərkəzi X7 Şəxsin direktoru Ə. Ə. Sərvərovun verdiyi xx xxxxxx 2020-ci il tarixli, 1829 nömrəli arayış əsasında işlədiyi Quba Rayon Mərkəzi Xəstəxanasına iş yerinə gətirmiş. Quba şəhərinə gələrkən koronavirusla bağlı Pandemiya ilə əlaqədar Quba rayonu. Amsar kəndi ərazisindəki postda xidmət aparan polis əməkdaşı həmin arayışa baxıb, həmçinin karantin qaydalarına - maska taxmağını, maşının salonunda plyonkadan istifadə etməyini görüb ona Quba şəhərinə gəlməyə və geri qayıtmağa icazə vermişlər. Həmin gün saat təxminən 10-30 radələrində kəndə qayıdarkən yenidən postda xidmət aparan polis əməkdaşları həmin arayışa baxıb, yenə də karantin pejimi qaydalarına əməl etməyini görüb ona kəndə gəlməyə icazə vermişlər.Postdan aralanmamış Quba rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru X4 ona yaxınlaşmış, onu aldadaraq guya barəsində xəbərdarlıq barədə qərar verməsini deyərək həmin qərara imza etməyini bildirmişdir.O, ona “heç bir qayda pozmamışam, nəyə görə barəmdə protokol yazırsan, birdən barəmdə cərimə protokolu yazarsan” deyəndə o, bildirdi ki,heç narahat olma, sənə sadəcə karantin qaydalarına əməl etmək barədə xəbərdarlıq edilir. O, xırda hərflərlə yazılan həmin qərarı oxuya bilmədiyinə, o da həmin qərarı ona oxumadığına, məzmununu izah etmədiyinə görə ona inanıb qərara imza etmiş.Avtomaşınına minib yola düşmək istəyərkən Bəhruz Əmrahov qulağına pıçıldaşaraq “ ona hörmət etməyənin aqibəti belə olur"- dedi.O, onun bu sözündən şübhələnmiş və evinə qayıdan kimi nəvələrinə həmin qərarı oxutdurdu. Onda bildi ki, həqiqətən Quba rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru X4 onu aldadaraq barəsində qərəzli olaraq yazdığı həmin qərara imza etdirmişdir. Bununla da o, bir vətəndaş kimi hüquqlarını qərəzli olaraq kobudcasına pozaraq haqqında qanuna zidd qərar qəbul etmişdir. Onun bu qanunsuz hərəkətlərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazmış, lakin hələlik bu vaxta kimi ona cavab verilməmişdir. Hesab edir ki, tərəfindən heç bir karantin pejiminin tələbi pozulmamış, inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozmamış, qanunvericiliyin tələblərinə uyğun olaraq icazə haqqında aryışı və digər tələb olunan sənədləri postda xidmət aparan polis işçisinə təqdim etməklə, həm də karantin qaydalarına əməl etməklə onun qanuni icazəsi əsasında hərəkət etmiş. Bildirmək istəyir ki, Bəhruz Əmrahov qərarı ona həmin gün versə də, o, üzürlü səbəbdən həmin qərardan qanunla müəyyən olunan müddətdə şikayət verə bilməmiş. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə koronavirusa yoluxmuş və xx xxxxxx 2020-ci il tarixə kimi koronavirusla bağlı müalicə olunmuş. Xəstəxanadan evə buraxıldıqdan sonra həkimin göstərişinə əsasən ev şəraitində müalicəni davam etdirməklə cəmiyyətdən təcrid olunmuş. Bu səbəbdən və eyni zamanda sərt karantin rejiminin tətbiqi ilə əlaqədar barəsində qəbul olunan həmin qərardan qanunla müəyyən olunan müddətdə şikayət verə bilməmiş. Ona görə də hesab edir ki, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti keçirməmiş. Bir daha bildirmək istəyir ki, Quba rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru X2 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı Qərarı ilə ona qarşı tətbiq olunan 200 manat cərimə cəzası qeyri-qanuni, qərəzli olaraq müəyyən edilmişdir. Belə ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozmamış. Göstərilənləri nəzərə alaraq, Quba rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru X4 tərəfindən barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Quba rayon PŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 Quba RPŞ YPX-nin inspektoru Bəhruz Əmrəhovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 rayonu, Rustov kəndində qeydiyyadadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X3 xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu Quba rayonu, Rustov kəndində yaşayış yerini tərk etməsi barədə icazə almış və Quba şəhəri ərazisinə daxil olaraq karantin qaydalarını pozmuşdur. X1 rayonu, Rustov kəndində qeydiyyada olduğu üçün Quba şəhərinə daxil olması xüsusi karantin qaydalarına ziddir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020ci il tarixli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) girişçıxış dayandırılmışdır. Şərh edilənlərə əsasən, məhkəmə Quba RPŞ YPX-nin inspektoru Bəhruz Əmrəhovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Quba RPŞ YPX-nin inspektoru Bəhruz Əmrəhovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar