Məhkəmə qərarları › İş №3(027)-87/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-87/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-87/2022 28.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Protokol tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Sahib oğlunun iştirakları ilə, 03.04.1987-ci ildə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Sahib oğlunun 25.01.2022-ci il tarixdə özünə məxsus avtomaşınında qanunsuz olaraq 1,082 qram qurudulmuş marixuana saxlamışdır. Həmin faktla bağlı Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən araşdırma aparılmış, 27 yanvar 2022-ci il tarixli qərarla Şəxs Sahib oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş, Sakit Məmmədovun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. Fakt üzrə Quba RPŞ-nin İTB-nin polis kapitanı X4 tərəfindən Şəxs Sahib oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 28 yanvar 2022-ci il tarixli, MN 1186448-158 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X4 bildirdi ki, Quba RPŞ-nin təhqiqatçısı Famil Mirzəbəyovun 27 yanvar 2022-ci il tarixli qərarı əsasında Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq onun barəsində inzibati təddir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 25 yanvar 2022-ci il tarixdə özünə məxsus avtomaşında qanunusuz olaraq saxladığı 1.082 qram qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materialında olan məhkəmə-ekspertiza Mərkəzinin 26 yanvar 2022-ci ıl tarixli, 7/73 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs QAZEL markalı avtomobilin içərisindən aşkra olunmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan zərfdə 1 ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi -1,082 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs Sahib oğlu barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs Sahib oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞnin İTB-nə göndərilməsi və Şəxs Sahib oğlunun üzərindən götürülmüş ümumi çəkisi 1,082 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Quba RPŞ-nin Təminat Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Sahib oğlu həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Sahib oğlunun həmin inzibati xətanı törətməsi özünün izahatı, 27 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və 28 yanvar 2022-ci il tarixli, MN 1186448-158 №-li inzibati xəta haqqında protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut olan Şəxs üzərindən aşkar edilərək götürülmüş, Quba rayon Polis şöbəsinə Təminat Hissəsinə təhvil verilmiş ümumi çəkisi 1,082 qram narkotik vasitə olan marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan Şəxs üzərindən aşkar edilərək götürülmüş, Quba rayon Polis şöbəsinə Təminat Hissəsinə təhvil verilmiş ümumi çəkisi 1,082 qram narkotik vasitə olan marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar