Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-870/2021 29.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli 01400/0920 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli 01400/0920 nömrəli qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan 30000.00 (otuz min) manat dəyərində qoşqunun dəyərinin 50 faizi, yəni 15000.00 (on beş min) manat məbləğində inzibati cərimə formasında inzibati tənbeh növü tətbiq edilmişdir. X6 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021ci il tarixli 01400/0920 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 ərizəsində göstərmişdi ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində 14 iyul 2021-ci il tarixdə 01400/0920 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunaraq, Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan 30000.00 (otuz min) manat dəyərində qoşqunun dəyərinin 50 faizi, yəni 15000.00 (on beş min) manat məbləğində inzibati cərimə formasında inzibati tənbeh növü tətbiq edilmişdir. Həmin qərarı 06.10.2021-ci il tarixdə alıb. Həmin qərardan yalnız qərarı alan zaman məlumatı olmuşdur. Qərarı oxuduğu zaman ona məlum olub ki, qərar düzgün tərtib olunmamış, qərar tərtib olunarkən Azərbaycan Respublikası İXM-nm maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, 17 fevral 2021-ci il tarixdə vasitəçi avtonəqliyyat şirkəti olan «Gold Transport»-un rəhbərliyi onu 17 fevral 2021-ci il tarixdə baş ofisə dəvət edərək, xahiş edib ki, Azərbaycan-Rusiya Samur keçid məntəqəsində, Rusiya Federasiyası ərazisində sürücüsü Monqolustan Respublikasına ezam edilmiş X1, ** SZ *** Dövlət nömrə nişanlı, DAF FTXF-105.460 markalı avtomaşını və onun SHMİTZ markalı qoşqusunu orada qoyub getmişdir və həmin avtomaşını idarə edərək, Azərbaycan Respublikası ərazisinə gətirməlidir. Bundan sonra şirkət ona 17.02.2021-ci il tarixli şirkətin rəhbərliyinin imzası və möhürü ilə təsdiqlənmiş müqavilə verildi ki, həmin avtomobili idarə etmək hüququ əldə etsin. O, 22.02.2021-ci il tarixdə Rusiya Federasiyası ərazisinə keçərək avtomaşını Azərbaycan Respublikası ərazisinə keçirərək, Gömrük terminalına daxil olub. Şirkət rəhbərliyi ona bildirib ki, avtomaşının qoşqusunun texniki pasportu, avtomaşının həqiqi sürücüsü tərəfindən növbə tutmaq üçün terminala təhvil verilmişdir. O, terminalın əməkdaşından sürücü tərəfindən təhvil verilmiş texniki pasportu götürərək, gömrük əməkdaşına təqdim edərkən müəyyən olunmuşdur ki, həmin texniki pasport saxtadır. Bundan sonra o, şirkət ilə əlaqə saxlayıb, onlardan terminala təqdim edilmiş texniki pasportun saxta olduğu müəyyən edildiyini bildirib. Şirkətin əməkdaşları avtomaşının həqiqi sürücüsündən bu məsələni ona telefon açaraq soruşduqda o, bildirmişdir ki, o, saxta sənədi qabaqcadan növbə tutmaq üçün eləbelə terminala bunun məsuliyyətini dərk etmədən təhvil vermişdir və qoşqunun əsl texniki pasportunun avtomaşının saxlanc yerində qoyubdur. Bundan sonra o, qanuni texpasportu saxlanc yerindən götürərək Gömrük Orqanının əməkdaşlarına təhvil verib və gömrük əməkdaşları da sənədləşməni rəsmiləşdirdikdən sonra avtomaşını idarə edərək dayanacağa gətirib. Qeyd edib ki, Gömrük Orqanının əməkdaşları bu barədə Qusar rayon polis şöbəsinə verdikləri rəsmi məlumat əsasında araşdırma aparılmış və Qusar rayon Polis Şöbəsinin baş müstəntiqi Xəqani Dadaşov özünün 04.10.2021-ci il tarixli qərarı ilə onun hərəkətlərində cinayət və inzibati tərkibin olmadığından cinayət işinin başlanmasını rədd etmişdir. Hesab edir ki, o, tapşırıq əsasında müvəqqəti, yəni bir gömrük postundan, digər gömrük postuna avtomaşını çatdırmaq vəzifəsii yerinə yetirdiyindən, nə avtomaşının sürücüsünü və nədə ki, avtomaşının sahibini tanımadığından, avtomaşına və onun qoşqusuna aid olan sənədlərin hansının qanuni və hansının saxta olduğunu bilmədiyindən, Gömrük Orqanı onu qanunsuz olaraq avtomaşının sürücüsünü və ya sahibini cəzalandarmaq əvəzinə onun haqqınıda, güya inzibati xəta törətməyi barədə 15.000 manat məbləğində inzibati tənbeh tətbiq etmişdir. Həmçinin qeyd edib ki, 17.02.2021-ci il tarixdə şirkət ilə ezamiyyə üçün aralarında bağlanmış müqavilə tərəfindən imzalanmamışdır və bu hal bir daha onu təsdiq edir ki, onun qeyd edilən avtomaşına heç bir aidiyyəti yoxdur. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası DGK-nin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli 01400/0920 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X6 bildirdi ki, onun barəsində Azərbaycan Respublikası DGK-nin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati qərar qanunsuzdur. O heç maşının sürücüsü deyil,yalnız şirkətlə müqaviə bağlayraq, onların xahişi ilə maşını gömrük postuna gətirib, həmin maşına onun heç bir aidiyyəti yoxdur. Ona görə də Azərbaycan Respublikası DGK-nin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində tərtib edilmiş 14 iyul 2021-ci il tarixli 01400/0920 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X7 şikayət ərizəsinin əsassız olması səbəbindən təmin edilməməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası DGK-nin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində tərtib edilmiş 14 iyul 2021-ci il tarixli 01400/0920 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialına əlavə olunan 14 iyul 2021-ci il tarixli 01400/0920 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 “SCHMİTZ” markalı, 2006-c il buraxılışı, ** ZA *** nömrə nişanlı qoqunun Azərbaycan Respublikasının Gömrük sərhəddində sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə yəni keçirilmə zamanı gömrük orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənəd təqdim etməklə keçmişdir. X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından görünür ki, X2 rayonu, Timiryazev qəsəbəsində yaşayır və orda qeydiyyadadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X6 “SCHMİTZ” markalı, 2006-c il buraxılışı, ** ZA *** nömrə nişanlı qoşqunun Azərbaycan Respublikasının Gömrük sərhəddində sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə yəni keçirilmə zamanı gömrük orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənəd təqdim etməklə keçmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli 01400/0920 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli 01400/0920 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-870/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-870/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver