Məhkəmə qərarları › İş №3(027)-870/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-870/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-870/2024 04.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli, protokol üzrə tərtib olunmuş TP6722710 saylı, xx.xx.2024-cü il tarixli, X6 haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, VAZ 21214 markalı, **-OB-*** dövlət nömrə nişanlı avtomaşına qəbul edilmiş İXP6049309 nömrəli, xx.xx.2024-cü il tarixli, protokol əsasında tərtib olunmuş TP6722710 saylı, xx.xx.2024-cü il tarixli X6 Haqqında qərarın ləğv edilməsi və elektron portaldan silinməsi üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə məcburi qaydada həyata keçirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 1, 7, 12, 13, 24, 25, 26, 29, 57, 60, 71-ci maddələrinə əsasən Azərbaycan dövlətinin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, vətəndaşların hüquqlarını qorumağa təminat verir, hər kəsin mülkiyyət, hüquq və azadlıqları və müraciət etmək hüququ vardır, məhkəmədə hüquqların müdafiəsini təminat verir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi, Quba rayon DYP-nm bəzi əməkdaşları tərəfindən pozulmuş hüquqlarımı müdafiə edə bilmir. Belə ki, 21 fevral 2024-cü il, səhər saatlarında nəvəsini Quba şəhərində yerləşən uşaq bağçasına apardığı zaman Quba DYP-nin əməkdaşları (BMW markalı xidməti avtomobillə) şəhər ərazisində yerləşən “Mübariz Petrol” adlanan YDM-nin yanında saxlayaraq dönmə işıqlarının yanmadığını bildirərək ondan idarə etdiyi VAZ 21214 markalı, **-OB-*** D.Q nişanlı avtomobilinə aid sənədləri tələb etdilər. O, onlara yerində dönmə işıqlarının yandığını əyani sübut etdikdən sonra YPX əməkdaşı onun içkili olduğunu bildirərək onu və avtomobilini Quba RPŞ-na aparmalı olduğunu bildirdi. Onlara avtomobilində ailə üzvünün olduğunu bildirsəmdə ilk öncə razı olmasalarda, sonradan onunla evə qədər gəlib ailə üzvlərini avtomobildən düşürdükdən sonra Quba RPŞ-ya gətirdilər. Onun etirazlarına və tibbi yoxlamadan keçirilmə tələbimə baxmayaraq bir başa avtomobilini YPX-nin dayanacağına yerləşdirib ona bu məsələni həll etmək üçün qanunsuz pul tələb etdilər. O, onlarla razılaşmadı və bir başa Quba rayon Mərkəzi Xəstəxanasına gedərək “Sərxoş hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” Protokolu üzrə müayinədən keçdi və həkim imzasıyla sərxoş olmadığı bir daha öz təsdiqini tapdı. Yenidən tibbi protokolu götürüb Quba YPX-nin rəisinə yaxmlaşsa da O, həmin arayışı qəbul etmədiyini və özlərinin haqlı olduğunu bildirdilər. Ordan bir başa Quba Prokurorluğuna şikayətə getdi. Onu orda qəbul edib dinləyən Prokurorluq əməkdaşı Quba YPX-nin rəhbərliyinə zəng edərək onun şikayətçi olduğunu bildirdikdən sonra telefonuna sms vasitəsilə ona İXP6049309 nömrəli protokol yazıldığı barədə xəbərdarlıq gəldi. Quba Prokurorluğundan çıxdıqdan sonra o, DİN-nin 102 qaynar xəttinə zəng edərək şikayət etdi. Bundan sonra Quba YPX-nin rəisi onu yanına çağırıb bu məsələni həll etməyi, yəni cəriməni ödəməyini təklif etdi. Onun razılaşmadığını gördükdə isə ona hədə-qorxu gəlməyə başladı. Belə ki, o avtomobil təmiri sexində dəmirçi usta işləyir və dövləti qanunlarına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O da bunu bildikdən sonra, məhkəməyə şikayət etdiyi təqdirdə ona süni maniələr yaratacağını bildirərək hədə qorxu gəlməyə başladı. Daha sonra, İXP6049309 nömrəli protokol əsasında TP6301602 saylı X6 Haqqında QƏRAR qəbul etdi. O, şikayət ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etdi və Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-214/2024 saylı Qərarı ilə Şikayəti təmin edildi və barəsində olan İXP6049309 nömrəli protokol əsasında tərtib olunmuş TP6301602 saylı, xx.xx.2024cü il tarixli X6 Haqqında QƏRAR ləğv edildi. Daha sonra təkrarən İXP6049309 nömrəli protokol əsasında xx.xx.2024-cü il tarixli, TP6722710 saylı X6 Haqqında QƏRAR qəbul edilmişdir. Bildirir ki, Quba Rayon Məhkəməsinin X6 Haqqında Qərarın ləğv edilməsi barədə Qərarı olsa da, həmin protokol üzrə təkrarən X6 Haqqında QƏRAR qəbul edilmişdir. Həmin Qərar əsassızdır və ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinə əsasən, bir şəxs bir inzibati xətaya görə yalnız bir dəfə məsuliyyətə cəlb oluna bilər. Əgər həmin inzibati tənbeh barədə qərar məhkəmə tərəfindən ləğv edilibsə, eyni protokol üzrə təkrar qərar qəbul edilməsi yolverilməzdir. Ona görə də, Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş, 21 fevral 2024-cü il tarixdə içkili olmadığnı, barəsində içkili olmasına dair protokol tərtib olunmasından xəbəri olmadığını bildirmiş şikayətinin təmin olunmasını, barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü, 327.3 və 333.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsininin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Quba RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı X6 haqqında qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 10:41-da VAZ 21214 markalı, 1**-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən Quba şəhəri, Cəfər Cabbarlı küçəsində işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə xx.xx.2024-cü il tarixli, İXP6049309 saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 329.3-cü, 327.3-cü və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 15 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin vaxt X3 ayıq olmuş, alkoqol qəbulu əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə, 327.3-cü maddəsində Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə və Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə: 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 97.1. Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.1-ci və 346-1.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd:

1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının müddəalarına əsasən: 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. X7 Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 8) şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. 9) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). İş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən X2 nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi və İXM-nin 327.3-cü və 329.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini göstərdiyi halların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 329.3-cü, 327.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi sübuta yetirilmir. Əməldə inzibati xətanın tərkibi sübuta yetirilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə, qərardan şikayət verən X2 izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində Quba RPŞ-nin DYPB-nin rəisi X1 tərəfindən verilimiş xx.xx.2024-cü il tarixli, TP6722710 nömrəli X6 haqqında qərar ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 329.3-cü, 327.3-cü və 333.1-ci maddələrində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şikayət təmin edilsin. X3 barəsində Quba RPŞ-nin DYPB-nin rəisi X1 tərəfindən verilimiş xx.xx.2024-cü il tarixli, TP6722710 nömrəli X6 haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü, 327.3-cü və 333.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar