Məhkəmə qərarları › İş №3(027)-871/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-871/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-871/2021 18.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs X9, Zərərçəkən şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Quba rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fəhlə, Quba rayonu, Digah kəndində qeydiyyatda olan və yaşayan X5 barəsində Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən erdi: X1 Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(027)-181/2021 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib edən şəxs X13 göstərdi ki, Quba Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(027)-181/2021 saylı icra sənədinə əsasən 20.07.2012-ci il təvəllüdlü borclu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 31.08.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 130 manat sabit pul məbləğində aliment alınıb X7 verilməlidir. Hal- hazırda borclunun 1690 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü qismən təqsirli bilərək, bildirdi ki, maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Hazırda borcundan borcundan 400 manat ödəməyə hazır olduğunu və gələcəkdə qısa zamanda aliment borcunu ödəyəcəyini bildirdi. Məhkəmədə zərərçəkən şəxs X8 bildirdi ki, alimenti tələb edir.Quba Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(027)-181/2021 saylı icra sənədinə əsasən X2 18.10.2021-ci il tarixində 400 manat məbləğində aliment üzrə yaranmış borcundan aldığını bildirib, qəbzın surətini məhkəməyə təqdim etdi. İşə əlavə edilmiş Quba Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(027)-181/2021 saylı icra sənədindən görünür ki, 20.07.2012-ci il təvəllüdlü borclu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 31.08.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 130 manat sabit pul məbləğində aliment alınaraq, X7 verilməlidir. Məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, X5 18.10. 2021-ci il tarixində 1690 manat yığılıb qalan aliment borcundan X7 400 manat ödəniş edib, X8 həmin pulu alması barədə qəbzi imza ilə təsdiq edib. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, X3 barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-871/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, X3 aliment üzrə qalığ borcundan müəyyən hissəni ödəniş etməsini nəzərə alaraq, məhkəmə X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-871/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-871/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar