Məhkəmə qərarları › İş №3(027)-872/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-872/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-872/2024 18.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, xx.xx.1999-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00-da sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus «BMV» markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospektindən Bəşir Səfəroğlu küçəsi istiqamətində hərəkətdə olduğu zaman işıqforun qırmızı yanan işığını gözləmədən M.F.Axundov küçəsindən Bəşir Səfəroğlu küçəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə əsasında sürücülük vəsiqəsilə idarə etdiyi «KİA sportage» markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-nin Quba rayon Polis Şöbəsinə və Şəxs lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, Aysel onun qızıdır, o qardaşına məxsus «KİA sportage» markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir. Həmin gün Qubaya istirahətə gələrkən Şəxs özünə idarə etdiyi avtomobillə saatda 50 km olan yolda 120 km hərəkət edərək Ayselin idarə etdiyi avtomobilə toqquşmuş və nəticədə Ayselə 7291 manat ziyan dəymişdir. Ondan 5000 manatı sığorta ödəsə də, qalan borcu ödənilməmiş qalmışdır. Dəyən ziyanı tələb edərək barəsində tətbir görülməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək dəymiş zərəri bağışladığını və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından göründüyü kimi, Şəxs izahatında bildirmişdir ki, 17 avqust 2024-cü il tarixdə saat 18 radələrində sürücülük vəsiqəsi ilə idarət etdiyi özünə məxsus «BMV» markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospektindən Bəşir Səfəroğlu küçəsi istiqamətində hərəkətdə olduğu zaman küçəyə yeni asfalt çəkildiyindən baş yola çıxdığı fərqinə varmamış, nəticədə M.F.Axundov küçəsindən gələn «KİA» markalı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində özü xəsarət almamış, avtomaşından dərhal düşüb «KİA» markalı avtomobilə yaxınlaşmış və avtomobildə 3 nəfər qadın oduğunu, lakin onların da xəsarət almadığını görmüşdür. Lakin DYPB-nin əməkdaşları gəldikdən sonra ora Quba RMX-nın həkimləri gələrək «KİA» markalı avtomobilin sürücüsünü və sərnişinlərini xəstəxanaya aparmışlar. Hadisə zamanı o, idarə etdiyi avtomobildə tək olmuş, sərxoş olmamış və avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə, iş yoldaşları və oğlu ilə birlikdə idarə etdiyi avtomobillə Quba şəhərinə gələrkən Şəxs idarə etdiyi avtomobillə işıqforu gözləmədən hərəkət edərək onun idarə etdiyi avtomobilə çırpılıb, nəticədə, iş yolldaşları və oğlu xəsarət almışdılar. Qərarda qeyd olunan Məhkəmə-tibbi ekspertizasının 19 avqust 2024-cü il tarixli, 717 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində - sol saidin iç səthində sıyrıq küt əşyanın təsirindən törənməklə, yeitirilmə müddəti qərarda göstərilən tarixə, yəni 17 avqust 2024-cü il tarixə uyğun gəlir, göstərilən vəziyyətdə əmələ gələ, bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər novunə aid olduğu; 19 avqust 2024-cü il tarixli, 718 saylı rəyinə əsasən, X5 bədəni üzərində aşkar olunan xəsarətlər- sol gözün altında qançır kut əşyanın təsirindən törənməklə, yeitirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 avqust 2024-cü il tarixə uyğun gəlir, göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər novunə aiddir olduğu; 19 avqust 2024-cü il tarixli, 719 saylı rəyinə əsasən, X4 bədəni üzərində sol göz orbiti ətrafında qançır hematoma, sağ dizdə və sağ baldırda qançır kut əşyanın təsirindən törənməklə, yeitirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 avqust 2024-cü il tarixə uyğun gəlir, göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər novunə aid olduğu; 19 avqust 2024-cü il tarixli, 720 saylı rəyinə əsasən, X1 bədəni üzərində sag dizdə qançır küt əşyanın təsirindən törənməklə, yeitirilmə müddəti qərarda göstərilən tarixə, yəni 17 avqust 2024-cü il tarixə uyğun gəlir, göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurulmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aid olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xəta nəticəsində zərər çəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 327.8-ci maddəsilə ilə tövsif edilmişdir və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən və bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İlk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və şikayətin olmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininə 33-cü maddəsinə əsasən X3 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən haların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 114-115ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar