Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-874/2022 31.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Quba Regional Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə xx.xx.1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 552-ci maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Quba Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Quba Regional Şöbəsindən Şəxs barəsində tərtib edilmiş 15 iyul 2022-ci il tarixli № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 13 iyul 2022-ci il tarixdə saat 12:10 radələrində Quba rayonu, Vəlvələ kəndi ərazisində “MERSEDES” yük markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yük daşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş müvafiq sənədlərini təqdim etməyərək, tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Quba Regional Şöbəsinin nümayəndəsi X2 bildirdi ki, 13 iyul 2022-ci il tarixdə, saat 12:10 radələrində Quba rayonu, Vəlvələ kəndi ərazisində Şəxs idarə etdiyi “MERSEDES” yük markalı **-LH-*** nişanlı avtomaşınla yük daşıma fəaliyyətini həyata keçirmiş, yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş müvafiq sənədlərini təqdim etməmişdir. Ona görə də Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs lazımı qaydada məlumat verilsə də, o məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında aktdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:10 radələrində Quba rayonu, Vəlvələ kəndi ərazisində yükdaşıma fəaliyyəti zamanı qanuni tələbləri pozaraq sənədlərini təqdim etməyərək, tabesizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinin Quba Regional Şöbəsinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 552-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-874/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-874/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver