Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-876/2020 29.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 11:53 radələrində etibarnamə olmadan idarə etdiyi “QAZ 3302 47402” markalı, 40 BŞ 477 dövlət qeydiyyat nişanlı avtomaşın içkili vəziyyətdə idarə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində etibarnamə olmadan idarə etdiyi “QAZ 3302 47402” markalı, 40 BŞ 477 dövlət qeydiyyat nişanlı avtomaşınla Quba-SDK avtomobil yolu ilə hərəkət etdiyi zaman DYP-i əməkdaşı onu saxlatmış, sənədlərini tələb etmiş, etibarnaməsi olmadığını və ona içkili olduğunu bildirib testdən keçirmişdir. O, isə polis əməkdaşına içkili olmadığını bildirsə də o, razı olmayıb testin cavabını ona göstərmişdir. O, polis əməkdaşından xahiş etmişdir ki, Quba rayon xəstəxanasına getsinlər və onun içkili olubolmamasını daha dəqiq müəyyən etsinlər. Cavabında onu o, öz rəisinin yanına aparıb protokolda içkili olmasını etiraf etməsini tələb edib protokolda o barədə ona qeyd etdirmişlər. Sonra oradan çıxıb o, özü müstəqil qaydada Quba rayon Mərkəzi Xəstəxanasına gedib müayinədən keçmiş və məlum olmuşdur ki, o içkili deyil. Həmin sənədi aparıb DYP əməkdaşına göstərsə də ona cavab vermişdir ki, o sənədin əhəmiyyəti yoxdur. Əlavə olaraq bidirdi ki, o, həmin günü içkili olmayıb, lakin avtomobili etibarnamə olmadan və səs siqnalından düzgün istifadə etməməklə idarə edib. Əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində Quba rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilsə də, İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilmir. Belə ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə təqdim etdiyi Quba rayon Mərkəzi Xəstəxanasının 487 nömrəli, xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Müayinənin vaxtı xx.xx.2020-ci il, saat 10:35. İşdə olan Quba rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşının xx.xx.2020-ci il tarixli saat 09:02-də apardığı testdən görünür ki, Şəxs alkoqolun miqdarının 0,412% olduğu müəyyən edilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 329.3 və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiqedərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq,inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə icraata xitam verilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat miqdarında cərimə edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-876/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-876/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver