Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-876/2021 28.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X5 oğlunun katibliyi, X2 iştirakı ilə DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 14 oktyabr 2021-ci il tarixli, TP 465568 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 14 oktyabr 2021-ci il tarixli, TP 465568 nömrəli qərarından şikayət ilə məhkəməyə müraciət edərək, barəsində Quba RPŞ-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş TP ******* saylı, 14.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2021-ci il tarixdə saat 06:30 radələrində idarə etdiyi “VAZ-21214” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Atuc kəndindən müəllim kimi işlədiyi Əlik kəndinə gedərkən, yolda onu Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində Quba RPŞ-nin DYP-nin əməkdaşı Xəyal və Emin adlı inspektorları onun avtomobili saxlamış, sərxoşluğun müayinəsi ilə bağlı ona alkotesterə üfürməyi bildirmişdir. O, isə sərxoş olmadığını, alkotesterin sonuncu yoxlamadan keçirilməsi barədə sənədi tələb etmişdir. Buna baxmayaraq ona alkotesterə üfürməyi tələb etmiş, o isə alkotesterdə üfürdükdən sonra onun sərxoş olduğunu bildirmiş, ona avtomobili Quba RPŞ-nə sürməyini tələb etmişlər. O, isə sərxoş olmadığını, onu buraxmalarını bildirmişdir. Bu zaman polis inspektoru onun avtomobilinə oturaraq onu şöbəyə aparacağını bildirdi. Bundan sonra o, avtomobilini Quba rayon Polis şöbəsinə əsassız gətirdikləri üçün, onu buraxmadıqları üçün sərxoş olmadığını, alkotestrin düzgün göstərmədiyini sübut etmək üçün həkim müayinəsinə getmək qərarına gəldi. Sərxoş olubolmamağı müayinə olunmuş və barəsində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 14 oktyabr 2021-ci il tarixli, 121 nömrəli tibbi müayinə protokoluna əsasən onda alkaqol qəbulu əlamətlərinin olmadığı, ayıq vəziyyətdə olduğu öz əksini tapmışdır. O, həkim müayinəsindən 07:30 radələrində keçmişdir. Bundan sonra yenidən Quba RPŞ-nə qayıtmış, yenidən sərxoş olmadığını bildirsə də, ona heç bir əhəmiyyət verilməmiş, avtomobilini buraxmamışlar. Halbuki, o, müəllim olduğu üçün dərsə gecikmişdir. Həmin günü günortadan sonraya kimi şöbədə gözlədərək günortadan sonra saat 16 radələrində ona TP4656568 nömrəli qərar vermişlər. Qərarla tanış olduqda barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə qeyd edilməsi azmış kimi, hələ üstəlik 329.1-ci maddəsi qeyd edilmiş, guya o, avtomobili sürdüyü vaxt təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Bildirmişdir ki, o, həmişə avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmiş, həmin günü də yol patrul xidməti əməkdaşları onu saxlayan vaxt da, təhlükəsizlik kəməri taxılı olmuşdur. Əgər yol patrul xidməti əməkdaşlarının onun kəmər taxmaması barədə sübutları varsa təqdim etmələrini bildirmişdir. Bundan başqa onu saat 07:40-da deyil, saat 06:30-da saxlamışlar, ondan sonra o, sərxoş olmamağını sübut etmək üçün həkim müayinəsinə getmişdir. Onu saxlayan yol patrul xidməti əməkdaşları Xəyal və Emin adlı şəxslər olsa da, barəsində qərarı polis kapitanı X1 tərtib etmiş, halbuki onun protokol tərtib etmək səlahiyyəti yoxdur. Göründüyü kimi bütün bu halları nəzərə alaraq onun barəsində tərtib olunmuş TP ******* nömrəli, 14.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında X3 məhkəməyə ərizə təqdim edərək, şikayətindən imtina etdiyini, şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəni, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, DİNnin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 14 oktyabr 2021-ci il tarixli, TP 465568 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə məhkəmə hesab edir ki, X3 şikayətindən imtina etməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 14 oktyabr 2021-ci il tarixli, TP 465568 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 14 oktyabr 2021-ci il tarixli, TP 465568 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-876/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-876/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver