Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-877/2025 25.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan verilmiş şikayətə baxaraq məhkəmə, müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, onun haqqında tərtib olunmuş İXP ******* saylı inzibati protokolla verimiş qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o idarə etdiyi ** SX *** qeydiyyat nişanlı Şevrolet Cruz markalı minik avtomobilinə tərtib edilmiş İXP ******* nömrəli protokolla bağlı qərardan 8 avqust 2025-ci il tarixində Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətdə protokoldan narazılığını bildirmiş, protokola yenidən onun iştirakı ilə təhlükəsizlik və YPX inspektorunun avtomobilinə yerləşdirilmiş kameralarının görüntüləri ilə obyektiv baxılmasını xahiş etmişdir. Cavab məktubunda işin baxılmaq üçün Quba rayon Yol Polisi İdarəsinə göndərildiyi və tezliklə əməkdaşın onunla əlaqə yaradacağı yazılmışdır. Uzun müddət keçməsinə baxmayaraq o heç bir yerə dəvət olunmamış və dəfələrlə Quba rayon Yol Polisi İdarəsinə müraciətindən sonra poçtun yaxşı işləməməsi bəhanəsi ilə 10 sentyabr 2025-ci il tarixdə cavab məktubunun şəklini ona telefon vasitəsi ilə göndərmişlər. (Məktubun və qərarın surəti ərizəyə əlavə edilmişdir). Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, BDYPİ məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət vermiş şəxsi dinləyib və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Bakı-Quba –Rusiya 169 km-də yolayrıcı keçmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə iclasında təqdim edilmiş videodiskə baxış keçirilərkən məlum olmuşdur ki, X2 dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol vermədən hərəkətini davam etdirmişdir. Buda onu göstərir ki, X2 qərarda göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-877/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-877/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver