Məhkəmə qərarları › İş №3(027)-878/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-878/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-878/2021 02.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Qusar rayon Polis Şöbəsinin nümayəndəsi X1, Şikayət verən şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar RPŞ-nin DYPB tərəfindən 27 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, İXP ******* saylı protokola Qusar RPŞ-nin DYPB tərəfindən 27 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 27 iyun 2021-ci il tarixdə Qusar şəhəri, Heydər Əliyev prospektində ona məxsus ** EB *** dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobil ilə hərəkətdə olan zaman saat 19:00 radələrində YPX əməkdaşı onu saxlayaraq qayda pozuntusunu tam sübuta yetirməmiş avtomobili duracağa yerləşdirilməsini təmin etmişdir. Onun iştirakı olmadan avtomobilin arxa təkərinin yivləri ilə kobudcasına rəftar edərək, təkəri yerindən çıxarmaqla baxış keçirilmiş, 29.06.2021 tarixində İXM-nin 342.5-ci maddəsi ilə tərtib edilməli olduğu halda, 342.2.2-ci maddəsi ilə barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Halbuki avtomobildə əlavə avadanlıq ve ya konstruksiya dəyişikliyi aşkar olunmamışdır və bu barədə ona heç bir əsaslı sənəd və akt, ya avtomobilə baxış barədə sənədin surəti təqdim olunmamışdır. Məhkəmə iclasında X7 şikayəti müdafiə edərək bildirmişdir ki, “Yol hərəkəti haqqında” qanuna əsasən inzibati xəta haqqında protokol dərhal və ya günün sonuna kimi tərtib edilməli olduğu halda, hadisənin baş verdiyi tarixdən 9 gün sonra tərtib olunmuşdur. Hesab edir ki, onun barəsində İXM-nin 342.5-ci maddəsi ilə deyil, 342.2.2-ci maddəsilə protokol tərtib olunmalı idi. Ona görə də şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Qusar rayon Polis Şöbəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, X7 27 iyun 2021-ci il tarixdə, saat 20:40 radələrində Qusar şəhərinin Heydər Əliyev prospektində özünə məxsus olan ** EB *** dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, X5 məxsus “VAZ-21214” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı, rəngi boz olan avtomaşına baxış keçirilmiş və avtomaşının arxa yaylarının kəsilərək, avtomaşının konstruksiyasında dəyişiklik edilməsi müəyyən olunmuşdur. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar RPŞ-nin DYPB tərəfindən 27 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Qusar RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş 27 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 06 iyul 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 27 iyun 2021-ci il tarixdə, saat 20:40 radələrində Qusar şəhərinin Heydər Əliyev prospektində özünə məxsus olan ** EB *** dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar “VAZ” kooperativinin 29.07.2021-ci il tarixli, 31 saylı rəyindən görünür ki, Qusar “VAZ” kooperativin mütəxəssisləri tərəfindən Qusar RPŞ-nin duracağına yerləşdirilmiş “VAZ-21214” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı, rəngi boz olan avtomaşına baxış keçirilmiş və avtomaşının arxa yaylarının kəsilərək, avtomaşının konstruksiyasında dəyişiklik edilməsi müəyyən olunmuşdur. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar RPŞ-nin DYPB tərəfindən 27 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozaraq 27 iyun 2021-ci il tarixdə, saat 20:40 radələrində Qusar şəhərinin Heydər Əliyev prospektində özünə məxsus olan ** EB *** dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobili normativ tələblər pozulmaqla avadanlığın dəyişdirməklə idarə etmişdir. Qusar “VAZ” kooperativinin 29.07.2021-ci il tarixli, 31 saylı rəyin ilə də, Qusar “VAZ” kooperativin mütəxəssisləri tərəfindən Qusar RPŞ-nin duracağına yerləşdirilmiş “VAZ- 21214” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı, rəngi boz olan avtomaşına baxış keçirilmiş və avtomaşının arxa yaylarının kəsilərək, avtomaşının konstruksiyasında dəyişiklik edilməsi sübuta yetirilmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar RPŞ-nin DYPB tərəfindən 27 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar RPŞ-nin DYPB tərəfindən 27 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar