Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-878/2025 25.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Şikayət vermiş şəxs X9, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X18 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X18 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Quba- Xaçmaz regional şöbəsinin rəisi X10 tərəfindən tərtib edilmiş 25 avqust 2025-ci il tarixli MN ******* saylı protokolu və həmin protokol üzrə 05 sentyabr 2025-ci il tarixli MN ******* sayh inzibati tənbeh vermə kimi 3.000 (üç min) manat məbləğində cərimə olunmağı barədə qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin rəisi X10 tərəfindən 25 avqust 2025-ci il tarixli MN ******* saylı protokol və işin digər materiallarına baxılaraq, Azərbaycan Respublikası İXM-nin 192.1-cı maddəsinə əsasən 3.000 (üç min) manat məbləğində cərimə olunmağı barədə 05 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmişdir. O, qeyd edilən qərar ilə razılaşmır və hesab edir ki, haqqında inzibati tənbeh etmə haqqında qərar hüquqi əsası olmadan, polis şöbəsinin azyaşlılar üzrə inspektorunun tərtib etdiyi protokol əsasında qanunsuz olaraq heç nəyə fikir vermədən qəbul edilmişdir. Belə ki, o, 20 iyul 2025-ci il tarixdə bacısı X4 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan istirahət zonasına qonşu oğlanı X1 özü ilə götürərək, qeyd edilən obyektə getmişdir. Qonşu oğlanın özü ilə aparmışdır ki, onu orada işə düzəldsin ki, anası yataq xəstəsi olduğundan kömək məqsədilə işləyib evinə bir parça çörək aparsın. Qonşu Ehtiramın əmək müqaviləsi bağlamasına anası X3 razılıq ərizəsi olduğundan onu işə düzəltməyə, yəni əmək müqaviləsi bağlanması üçün aparmışdır. Qeyri yaşayış obyekti restoran kimi fəaliyyətə hələlik başlamadığından, Ehtiram restoranın mövsümü hazırlığına köməklik göstərmək üçün, yataq xəstəsi olan anasına dərman almaq məqsədilə köməklik göstərmişdir. Demək olar ki, o insani yaxşılığna görə hətta vəzifəli şəxs kimi 3.000 manat cərimə edilmişdir. Qonşu Ehtiram restoranda təmizlik işləri getdiyindən köməklik etməyə başlamışdır ki, restoran işləyəndə onu işə götürsünlər. Onun qeyd edilən qeyri yaşayış obyektinə heç bir aidiyyəti yoxdur, o nəinki, vəzifəli şəxs, o heç oranın sıravi işçisi belə deyil. Qeyri-yaşayış obyekti bacısına məxsus olduğundan və bacısı xəstə olduğundan o bir qardaş kimi obyektdə mövsümə hazırlıq işlərinə kömək etmək üçün getmişdir. Polis inspektoru qonşu Ehtiramdan və ondan izahat almışdır ki, Ehtiramı güya işə o götürmüşdür. Əmək Müfəttişliyi də, onun VÖEN-min olmasını və ümumiyyətlə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmağını, qərarda qeyd edildiyi kimi vəzifəli şəxs olmağını yoxlamadan əsassız olaraq aidiyyəti olmayan qeyri-yaşayış obyektində əmək müqaviləsi bağlamadan 4 gün mövsümə hazırlıq işlərinə cəlb etmiş, o, sahibkarlıq fəaliyyəti ilə məşğul deyilə, onun VÖEN-im aktiv deyildir. Əmək Müfəttişliyi məni ən pis halda yenə də, əsassız olaraq fiziki şəxs kimi cərimə etsə idi, hər halda o yenə də, məhkəməyə şikayət edəcəkdir. Bütün bunlara baxmayaraq, Əmək Müfəttişliyi məni nəinki vəzifəli şəxs kimi, hətta məni fiziki şəxs qismində də, cərimə edə bilməzdi ona görə ki, mən işə götürən deyil, onun qeyd edilən qeyri-yaşayış obyektinə heç bir aidiyyəti yoxdur. Hesab edir ki, onun qeyd edilən bacısı X6 məxsus qeyri-yaşayış obyektinə aidiyyəti olmadığından o kimisə mövsümə hazırlıq işlərinə cəlb etdiyinə görə cərimə edilə bilməz və haqqında çıxarılmış inzibati təhbehvermə haqqında qərar məhkəmə qərarına əsasən ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0.3-106.0.6-cı maddələrinin tələblərinə uyğun olaraq hazırda mübahisələndirdiyim qərarı qəbul edilərkən inzibati xəta haqqında protokolun və işin digər materiallarınin bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini, işin icraatını rədd edən halların mövcud olub-olmamasını, işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplamb-toplanmamasım həll etməli olduğu təqdirdə qanunun həmin normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X18 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X8 şikayəti qəbul etmədiyini, polis şöbəsindən daxil olmuş material əsasında inzibati protokol tərtib olunduğunu, həmçinin göstərilən halların mövcudluğunu yazılı ifadələri ilə təsdiq etdiyini, işə cəlb etdiyi şəxslə əmək müqaviləsi olmadığını bildirmiş, şikayətin təmin olunmamasını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 05 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 25 avqust 2025-ci il tarixli MN ******* saylı protokolu və həmin protokol üzrə 05 sentyabr 2025-ci il tarixli MN ******* saylı, 05 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 05 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X18 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin baş əmək müfəttişi X13 MN ******* saylı, 25 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 E.M.Ağayev tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Quba rayonu, Qəçrəş kəndində yerləşən “Oriva” restoranda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin baş əmək müfəttişi X20 tərəfindən X18 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş, həmin protokol X14 göndərilmiş, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 05 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X18 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.000 manat məbləğində cərimə edilmişdir. Həmçinin işə əlavə edilmiş, əmək müqaviləsi olmadan işə cəlb edilmiş E.İbrahimovun polis şöbəsində vediyi izahatına əsasən o, restoranda Elman adlı şəxs üçün işlədiyini, 450 manat aylıq əmək haqqı aldığını, 09:00-21:00 iş saatları olduğunu, yazılı əmək müqaviləsi bağlamadığını qeyd etmişdir. E.Ağayev isə öz izahatında obyektin ona məxsus olduğunu, E.İbrahimovun həqiqətən orada işlədiyini təsdiq etmişdir. Eyni zamanda E.Ağayev fəaliyyətini müvəqqəti dayandırmış Vergi ödəyicisidir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 05 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edib icrata xitam verilməsi barədə X9 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X7 MN ******* saylı, 05 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edib icrata xitam verilməsi barədə X9 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-878/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-878/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver