Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-879/2024 24.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X20 qızının katibliyi, protokolu tərtib edən X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Rusiya Federasiyası Dağıstan MR., Xasayurt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X21 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-1-ci maddəsilə xx.xx.2024-cü il tarixdə MN ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-77/2024 saylı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 91/2023 saylı Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3181/2023 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X21 göstərmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(027)-77/2024 saylı icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs cəmi 990 ABŞ dolları məbləğində pul tutularaq tələbkar X15 verilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1(101)- 91/2023 saylı icra vərəqəsinə əsasən iş üzrə borclu Süleymanova (Alxasova) Sabrina Cavidovnadan 16000 manat məbləğində pul vəsaiti alınaraq X1, 7000 manat məbləğində pul vəsaiti alınaraq X3, 15000 ABŞ dolları və 1500 manat məbləğində pul vəsaiti alınaraq X5, 50000 manat məbləğində pul vəsaiti alınaraq X4, 10000 manat və 8750 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X2, 15600 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X8, 7000 manat məbləğində pul vəsaiti alınaraq X6, 3300 manat məbləğində pul vəsaiti alınaraq X9, 6600 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X15, 3500 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X7, 6000 manat və 2000 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X10 və 17000 manat məbləğində pul vəsaiti alınaraq X19 verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(011)- 3181/2023 saylı icra vərəqəsinə əsasən 2050 manat məbləğində pul və 20.64 manat dövlət rüsumu iş üzrə borclu Süleymanova (Alxasova) Sabrina Cavidovnadan tutularaq tələbkar X16 verilməlidir. Eyni borclu Süleymanova (Alxasova) Sabrina Cavidovna barəsində olan hər üç icra sənədi ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2024-cü il, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədləri üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Eləcə də icra sənədi Çızrə tələbi yerinə yetirmədiyi üçün Nizami Rayon Məhkəməsinin 3(027)-1047/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Süleymanova (Alxasova) Sabrina Cavidovna Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törərməklə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-dşaınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu bu günədək tələbkar X11 xeyrinə 5470 manat ödəniş etmişdir. Onun hazırda ümumilikdə icra sənədləri üzrə 67.400 manat və 51.450 ABŞ dolları məbləğində borcu mövcuddur. Protokolu müdafiə edir, Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, icra sənədlərini icra etməkdən boyun qaçırmamış, barəsində çıxarılan hökmlə əlaqədar borclu olduğu tələbkarlardan Akif Cəfərova 6400 manat ödəmiş, digər tələbkarlar isə ondan pul istəməmiş, həmçinin tələbkarların bank hesablarını bilmədiyindən borcunu ödəməmişdir. Əgər hesab açılarsa borcundan imkanı daxilində ödənişlər edəcəkdir. Hazırda yeni əməliyyatdan çıxmışdır, heç yerdə işləmir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1(101)-91/2023 saylı icra vərəqəsinə əsasən iş üzrə borclu Süleymanova (Alxasova) Sabrina Cavidovnadan 16000 manat məbləğində pul vəsaiti alınaraq X1, 7000 manat məbləğində pul vəsaiti alınaraq X3, 15000 ABŞ dolları və 1500 manat məbləğində pul vəsaiti alınaraq X5, 50000 manat məbləğində pul vəsaiti alınaraq X4, 10000 manat və 8750 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X2, 15600 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X8, 7000 manat məbləğində pul vəsaiti alınaraq X6, 3300 manat məbləğində pul vəsaiti alınaraq X9, 6600 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X15, 3500 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X7, 6000 manat və 2000 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq X10 və 17000 manat məbləğində pul vəsaiti alınaraq X19 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(011)-3181/2023 saylı icra vərəqəsinə əsasən 2050 manat məbləğində pul və 20.64 manat dövlət rüsumu iş üzrə borclu Süleymanova (Alxasova) Sabrina Cavidovnadan tutularaq tələbkar X16 verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-77/2024 saylı icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs cəmi 990 ABŞ dolları məbləğində pul tutularaq tələbkar X15 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-1047/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 122200/24-03 №li arayışından görünür ki, Sülymanova (Alxasova) Sabrina Cavidovnanın hal-hazırda ümumilikdə icra sənədləri üzrə 67,400 manat və 51,450 ABŞ dolları məbləğində borcu mövcuddur. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, baxmayaraq o, icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli hazırkı qərarın elan olunduğu 24 oktyabr 2024-cü il tarixdən, saat 16:25-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 24 oktyabr 2024-cü il tarixdən, saat 16:25-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-879/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-879/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver