Məhkəmə qərarları › İş №3(027)-88/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-88/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-88/2022 28.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs oğlu 17 iyul 2021-ci il tarixində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs oğlunun barəsində 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu bildirdi ki, 19 iyul 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, özü əvvəllər narkotik vasitə heroindən 02 ay müddətinə istifadə etmişdir. Lakin son iki ay ərzində özü narkotik vasitələrdən istifadə etməmişdir. Quba şəhər sakini X6 uzun müddətdir ki tanıyır, onunla münasibəti normal olmuşdur. Əvvəllər özünün narkotik vasitəyə ehtiyacı olan zaman bir neçə dəfə Rauf ona bükümü 10 manatdan narkotik vasitə heroin satmışdır. 17 iyul 2021-ci il tarixdə günorta saatlarında Rauf ***-***-**-** mobil nömrəsi ilə ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurub Qəçreş massivinə çay içməyə getməyi təklif etmiş, özü evdən çıxıb özünə məxsus VAZ-2107 markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Raufun yaşadığı evin qarşısına getmişdir. Orada Rauf onun avtomobilinə əyləşmiş, həmin vaxt Rauf ona özündə özündə narkoik vasitə heroin və metamfetamin olduğunu, bir bükümünü 10 manata satmaq istədiyini demişdir, özü Raufla razılaşmış, Rauf siqaret qutusunun içərisində bükümlərin arasından bir büküm heroin çıxarıb ona vermişdir, özü Raufa 10 manat pul vermiş, sonra avtomobili Qəçreş kəndi istiqamətində idarə etməyə başlamışdır, özü avtomobilini Əcəmi küçəsi ilə idarə edərkən polis əməkdaşları onun avtomobilini saxlamış, Rauf həmin vaxt siqaret qutusunun içərisində olan bükümləri avtomobilin ayaqaltısına tullamış, sonra isə avtomobildən düşüb qaçmışdır. Polis əməkdaşları özünə yaxınlaşıb üzərində olan əşyaları çıxarıb təqdim etməsini bildirmiş, özü əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd siqaret kağızının içərisində olan heroini çıxarıb onlara təqdim etmişdir. Polis əməkdaşları ondan həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda özü onlara həmin kütləni Rauf adlı şəxsdən 10 manata aldığını və avtomobilində də narkotik vasitələrin olduğunu demişdir. Polis əməkdaşları həmin vaxt avtomobilə baxış keçirmişlər, baxış zamanı avtomobilin ayaqaltısından 02 ədəd şəffaf sellofana bükülmüş, 18 ədəd isə siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd sellofana bükülmüş metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin avtomobildə ayaqaltıda yerə atılmış 1 manatlıq kağız əskinas da aşkar edilərək götürülmüşdür. Üzərindən və avtomobilindən aşkar edilmiş həmin bükümlər tərəziyə qoyularaq çəkilmiş, sonra zərfdə qablaşdırılmışdır. O, əlavə olaraq göstərmişdir ki, Rauf Abasov əvvəllər ona bir neçə dəfə bükümü 10 manata narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmışdır. Həmin narkotik vasitə heroinləri və psixotrop maddə metamfetamini haradan əldə etməsi barədə özü Rauf Abasovdan heç nə soruşmamış, Rauf da bu barədə ona heç nə deməmişdir, özü isə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrinin tərkibi mövcud olmadığına görə onun barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmiş, Şəxs əməlində qanunsuz olaraq narkotik vasitələrin istehlakı və şəxsi istehlak miqdarında əldə edilməsi, daşınması və saxlanmasından ibarət inzibati qayda pozuntusunun tərkib əlamətləri müəyyən edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qərarın surəti onun barəsində inzibati protokol tərtib edilməklə aidiyyəti üzrə məhkəməyə göndərilməsi üçün Quba Rayon Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs oğlunun barəsində həbs etmənin 28 yanvar 2022-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar