Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-880/2021 01.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X3 iştirakı ilə, Xaşmaz rayonu YPX-nin inspektoru X1 TP ******* nömrəli, 18.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Xaşmaz rayonu YPX-nin TP ******* nömrəli, 18.08.2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. X4 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş Xaşmaz rayonu YPX-nin inspektoru N. Həmzəyevin TP ******* nömrəli, 18.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 göstərdi ki, o, 15.08.202-ci ildə Quba rayonundan Xaçmaz şəhərinə etibarnamə ilə idarə etdiyi “Vaz 21012” markalı dövlət qeydiyyatı M810EE161 olan avtomabiliylə gedən zaman təxminən Xaşmaz şəhərinə 5 km. qalmış DYPX-nın inspektoru öz idarə etdiyi avtomobil ilə üz-üzə gələrək saxlatdı, o da avtomobili saxlayıb. Polis əməkdaşı serijant ona yaxınlaşaraq bildirib ki, ötmə əməliyyatı edib, o da polisə bildirib ki, qarşıdakı avtomobil dönmə siqnalın verdiyi üçün məcbur olaraq qarşıdakı avtomobilin sol tərəfindən keçib, yəni qarşıda ki, avtomobil sağa dönərsə o soldan keçə bilər. Polis əməkdaşı onun danışıqlarına məhəl qoymayaraq DYP avtomobilində oturan başqa polis onun ad soyadını soruşaraq, sonra ona bildirib ki, “sənə protokol yazdım”. O polisə bildirib ki, ötmə əməlliyyatı etməyib, qayda da pozmayıb, niyə ona cərimə yazır? Polis əməkdaşı onun sözlərinə məhəl qoymayaraq öz maşınlarını sürərək oradan uzaqlaşıblar. Hec ona cərimə protokolunu və ya cərimə qərarını verməyiblər. O uzun müddət cərimə protokolun gözləsə də cərimə protokolu ünvanına gəlməyib. Sonradan ona elektron sms gəldiyini bilib Xaçmaz şəhər polis idarəsinə gedərək cərimə protokolunu alıb. Bu məsələ ilə bağlı ona kömək olunmasını və barəsində tərtib edilmiş Xaşmaz rayonu YPX-nin inspektoru X1 TP ******* nömrəli, 18.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xаhiş еtdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Xaçmaz rayon Polis şöbəsinə məlumat verilsə də, məhkəmə iclasına Xaçmaz rayonu PŞ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Xaçmaz rayonu PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İşdə olan Xaşmaz rayonu YPX-nin inspektoru X1 TP ******* nömrəli, 18.08.2021-ci il tarixli qərarından görünür ki, X4 15.08.2021-ci il tarixində saat 16:21-də Xaçmaz Quba yolunun 3-cü kmdə “Vaz 21012” markalı M810EE161 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması nəticəsində 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi təmin edilməlidir. Belə ki, iş sənədlərinə əlavə edilmiş sənədlərin surəti şikayət ərizəsində göstərilənlərlə əsaslıdır. İşdə olan AZE 17954897 seiya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X2 rayonu, Nərimanabad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Xaşmaz rayonu YPX-nin inspektoru X1 TP ******* nömrəli, 18.08.2021-ci il tarixli qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Xaçmaz rayon YPX-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X3 şikayət ərizəsi təmin edilsin. Xaşmaz rayonu YPX-nin inspektoru X1 TP ******* nömrəli, 18.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Xaçmaz rayon YPX-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-880/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-880/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver