Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-882/2025 15.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, əsassız olduğuna görə Quba rayon PŞ DYPB-nin YPX inspektoru, polis serjantı X2 xx.xx.2025-ci il il tarixli TP ******* № li qərarı ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il il tarixdə təxminən səhər saat 17- 30 radələrində etibarnamə ilə idarə etdiyi QAZ-3302-18 YÜK markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşınla şəxsi işi ilə əlaqədar Quba şəhərinin Heydər Əliyev prospekti ilə şəhər bazarı istiqamətində hərəkətdə olmuşdur. Dairəvi yola daxil olub hərəkətini davam etdirdi. Bu zaman «Əli Ticarət» ticarət mərkəzinin yanında dayanmış YPX avtomaşını arxasınca gəlib onu bazarın qarşısına çatanda saxlatdırdı. YPX inspektoru məni təqsirləndirdi ki, güya o, dairəvi yola daxil olarkən « Giriş qadağandır» yol nişanının tələblərini pozmuşdur. O, YPX inspektorunun iradı ilə razılaşmayaraq, həmin hərəkətdə olduğu dairəvi yolda «Giriş qadağandır» yol nişanının olmadığını və buna görə də belə bir nişanın tələblərini pozmadığımı bildirərək etirazımı bildirdi. Lakin YPX inspektoru heç bir əsas gətirmədən onu haqsız olaraq günahlandırdı və bir müddətdən sonra mobil telefonuna AR İXM-nin 327.2-ci maddəsilə 100 manat məbləğində cərimə olunmağı barədə SMS-xəbər daxil oldu. Əsassız cərimə olunduğuna görə DYPB-dən barəsində qəbul olunmuş qərarın surətini aldı və məhkəməyə şikayət etmək qərarına gəldi. Aşağıda göstərilən səbəblərə görə barəsində tərtib olunmuş qərarı əsassız hesab edir, ona görə də qüvvədə olan qanunvericiliyə görə ləğv olunmasını tələb edir. Birincisi, hərəkətdə olduğu həmin yol ayrıcında «Giriş qadağandır» yol nişanı yoxdur, belə olan halda həmin yol nişanının tələblərini o heç cür poza bilməzdi. İkincisi, o etirazını bildirərkən qüvvədə olan İXM-nin tələbinə görə YPX inspektoru mənə sübut təqdim etməli idi, lakin tələbinə baxmayaraq, heç bir sübut təqdim etmədi. Üçüncüsü, hərəkətdə olduğu həmin dairəvi yol daim videoqurğunun müşahidəsi altındadır, əgər o, qeyd edilən yol nişanının tələblərini pozmuşdumsa, bu, videoqurğu tərəfindən mütləq qeydə alınmalıdır və YPX inspektoru sübut üçün həmin videogörüntünü ona təqdim etməli idi, bu onun vəzifəsidir. Bütün bu hərəkətləri niyə etmədi. Ona görədə hesab edir ki, Quba rayon PŞ DYPB-nin YPX inspektoru, polis serjantı X2 xx.xx.2025-ci il il tarixli TP ******* №li № li qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17-30 radələrində idarə etdiyi avtomobillə Quba şəhəri köhnə avtovaqzal ərazisində Heydər Əliyev prospektində dairəvi yolda sağ tərəf istiqamətində getmiş, heç bir qanun pozuntusu etməmişdir. Barəsində əsassız olaraq AR İXM-nin 327.2ci maddəsilə 100 manat cərimə inzibati tənbehinə cəlb olunmağı barədə qərar qəbul etdilər. Həmin qərarı əsasız hesab edir, şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci və 130.1-ci maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan- vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borcla deyildir. 8.3-cü maddəsinə İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1 -ci maddəsinə əsasən inzibati xəta haqqmda iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu halda qərarı ləğv edərək inzibati xəta haqqmda iş üzrə icraata xitam verilməsi haqqında. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X1 şikayəti əsaslı olduğundan təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Quba RPŞ DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba RPŞ DYPB-nin YPX tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmiş və həmin qərara əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Fuad Musayevin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini göstərdiyi halların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində Quba RPŞ DYPB-nin YPX tərəfindən verilimiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati xəta haqqında” iş üzrə qərar ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Quba RPŞ DYPB-nin YPX-nin inspektoru, polis serjantı X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” iş üzrə qərar ləğv edilsin və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-882/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-882/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver