Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-885/2020 04.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Xaçmaz şəhəri, Atatürk küçəsi ev 76-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi : Məhkəməyə daxil olmuş inzibati xəta hadisəsi barədə protokola əsasə nŞəxs xx.xx.2020-ci il tarixdə 17:38-də idarə etdiyi “Hummer H3” minik markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qadağan olunmuş səs siqnalından istifadə etməyinə görə barəsində protokol tərtib edilmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib edən şəxs X3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olduğuqları vaxt Quba “ASAN” Xidmətin qarşısında olan stasionar postdan ratsiya vasitəsi ilə onlara bildirmişlər ki, “Hummer H3” minik markalı **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qadağan olunmuş səs siqnalından istifadə etməyinə görə saxlandığını və həmin avtomobilin cərimə meydançasına aparılması bildirilmişdir. Tərəfindən həmin avtomobil müvəqqəti duracağa yerləşdirilmiş və avtomobilə baxış zamanı qara rəngli uzunluğu 20 sm, eni 15 sm səs gücləndirici siqnal aşkar edilərək, hal şahidlərinin iştirakı ilə protokol tərtib edlərək götürülmüş və sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, həmin avtomobili üç ay olarki alıb. Həmin avtomobildə bir çox əlavə qurğular olub, lakin o, bütün qurğuları sökdürüb. Avtomobilindən polis əməkdaşlarının açdığı qurğu özlüyündə siqnal vermir. Onun əlavə qurğusu olmalıdır. Qərar qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməlləri düzgün olaraq İXM-nin 342.9-cu maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs himayəsində azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 342.9-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq,inzibati xəta törətmiş Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1(bir) ədəd qara rəngli uzunluğu 20 sm, eni 15 sm səs gücləndirici (siqnal) dövlət nəfinə müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1(bir) ədəd qara rəngli uzunluğu 20 sm, eni 15 sm səs gücləndirici (siqnal) dövlət nəfinə müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti veriləbilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-885/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-885/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver