Məhkəmə qərarları › İş №3(027)-886/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-886/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-886/2024 25.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Protokolu tərtib edən X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi qaydada işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs “İnstaqram” soaial şəbəkəsində X5 qolbaq satmaq adı ilə onun 95 manat pulunu mənumsəmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində, saat 15 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ümid” adlı marketdən dəyəri 63 manat 50 qəpik olan 01 ədəd “Jameson” markalı içkinin oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Quba rayonu, Amsar kənd sakini Zərərçəkmiş şəxs DİN “102” xidmətinə ***-***-**-** nömrəsindən zəng edərək, “İnstagram” sosial şəbəkəsində tapdığı səhifədən qolbaq almaq üçün ona təqdim edilən (***-***-**-**) “4169 7388 8894 9868 saylı və 4169 7388 8404 6578 kart hesablarına 95 manat pul göndərməsi, vədinə əməl etməməsi və aldanması barədə məlumat vermişdir. Həmçinin bundan başqa məlum olmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixində, saat 15 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ümid” adlı marketdən dəyəri 63 manat 50 qəpik olan 01 ədəd “Jameson” markalı içkinin oğulamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək, bildirmişdir ki, onun maddi imkanı pisdir, atası ağır xəsdədi, himayəsində atası, anası və üç azyaşlı övladı vardır. Əlavə pul qazanmaq niyyətilə “İnstagram” sosial şəbəkəsində tapdığı səhifədən qolbaq və d. əşyalar satıb, ordan ona faiz ödənilməli idi. İlk dəfə də Gülşən xanım onunla əlaqə saxlamış. Ona hesab nömrəsinin vermiş və Gülşən xanım həmin hesaba 95 manat pul ödəmişdir. Lakin həmin hesab onu aldadaraq qolbaqları ona təqdim etməmişdir. Sonradanda telefonu sındığına görə o həmin xanımla əlaqə qura bilməmişdir. O bu işdə sadəcə vasitəçilik etmişdir. Bundan başqa “Ümid” adlı marketdən içki götürüb, pulunu vermədiyi kameralarda aşkar olunmuşdur. 2-3 gün vaxt verilərsə, ziyanı ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs, qolbağa görə 95 manat ödədiyini və zərərin qarşılanmadığını və Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, “Ümid” adlı marketdə kassir işləyir, kamera görüntülərindən məlum olmuşdur ki, Pərviz Alxasov 65 manat dəyərində olan içkini qoltuq cibinə qoyaraq, pulunu ödəmədən ordan uzaqlaşmışdı, zərərin qarşılanmadığını və Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 sentyabr 2024-cü il tarixli və 26 sentyabr 2024-cü il tarixli il tarixli qərarlardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, Şəxs dələduzluq yolu ilə özgə əmlakını talamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Törətdiyi əməl düzgün olaraq qeyd edilən maddə ilə tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcələnin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları və təqsirinin dərəcəsini, zərərin ödənilməməsini nəzərə alaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin tutulduğu vaxtdan, yəni 24 oktyabr 2024-cü il tarixdə saat 09:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdə saat 09:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar