Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-89/2025 05.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, əsassız olduğuna görə Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* №li qərarı ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 08 yanvar 2025-ci il tarixdə saat 20:34-də idarə etdiyim Vaz-21144 markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 170 kilometrliyində hərəkətdə olarkən (Vlamirovka kəndi ərazisində) yol partrul xidməti əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. Saxlayan vaxtı ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş, o, ona kəməri taxdığını bildirəndə ona içkili olub-olmadığını soruşmuşdur. O, ona spirtli içki içmədiyini bildirmişdir. Əgər şübhələnirsə alkotestrlə yoxlamasını qeyd etmişdir. Yol patrul xidməti əməkdaşı avtobolində alkotestr gəzdirmədiyini bildirərək, onu sual verdiyimi görüb gözlərinin qırmızı olduğu üçün narkatikdən istifadə etdiyini soruşmuşdur. O, isə ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, yol patrul xidməti əməkdaşı onu təxribatamünaqişəyə çəkdiyini başa düşmüşdür. Ona narkotikdən istifadə edib-etmədiyini yoxlamaq üçün Xaçmaz xəstəxanasına getməli olduğunu bildirmişdir. O, isə Quba xəstəxanası olduğu halda Xaçmaz xəstəxanasına niyə getməli olduğunu soruşsa da bunun heç bir əhəmiyyəti olmamışdır. Nəticədə onu Xaçmaz xəstəxanasına aparmış orada müayinə üçün analiz götürən zaman ona çirkli və işlənmiş qab təqdim edərək bununla analiz verməli olduğunu bildirmişlər. O, bunun düzgün olmadığını qeyd etsə də, heç bir əhəmiyyəti olmamışdır. Nəticədə guya o, narkotik vasitələrdən istifadə edərək avtomobil idarə etməyini bildirdirlər. Yol patrul xidməti əməkdaşının ona qarşı qərəzli olduğunu görüb, yenidən özü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublikası Narkoloji Mərkəzi” PHŞ-nə müraciət edərək oradan müayinədən keçmişdir. Həmin müayinədə onda narkotik vasitələrin təsiri altında avtomobil idarə etməyi ilə bağlı heç bir sübut qeyd edilməmişdir. Bundan sonra o, barəsində yazılmış qərarın surətinin alınması üçün dəfərlə yol patrul xidməti əməkdaşına və Quba rayon polis şöbəsinə müraciət etsə də, ona qərarın surətini verməmişlər. Nəticədə o, 26 yanvar 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi idarəsinə gedərək protokol və qərarın surətini əldə etmişdir. Onun barəsində tərtib edilmiş protokol və qərarla razılaşmır. Narkotik vasitələrdən istifadə etməyi ilə bağlı aparılmış müayinə düzgün həyata keçirilməmiş, kobud qayda pozuntuları ilə aparılmış və bu qəsdən onun barəsində hazırkı inzibati xəta haqqında protokol və qərarın yazılması məqsədilə edilmişdir. Barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixli, İXP6803589 saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələri ilə təqsirli bilinərək, 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 03 saylı, 08 yanvar 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X1 azaliz nümunələrində narkotik vasitə olan çətənə bitkisindən istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin 1/177 saylı, 21 yanvar 2025-ci il tarixli aktından görünür ki, X1 analiz nümunələrində narkotik vasitələrdən istifadə etməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə: 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 97.1. Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.1-ci və 346-1.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. 333-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd:
1. Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının müddəalarına əsasən: 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. X5 Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 8) şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. 9) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). İş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən X1 nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsi və İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini göstərdiyi halların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi sübuta yetirilmir. Əməldə inzibati xətanın tərkibi sübuta yetirilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə, qərardan şikayət verən X1 izahatını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində Quba RPŞ-nin DYPB-nin rəisi X4 tərəfindən verilimiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İXMnin 329.1 və 333-1.1-ci maddələrində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələri ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Şikayət təmin edilsin. X2 barəsində Quba RPŞ-nin DYPB-nin rəisi X4 tərəfindən verilimiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Vüqar Seyidov