Məhkəmə qərarları › İş №3(027)-896/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-896/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-896/2024 18.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, barəsində X1 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü (bundan sonra İXM) maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş X1 materiala baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən Quba Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* saylı 17 oktyabr 2024-cü il tarixli X1 protokol daxil olmuşdur. X1 protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini aparmamışdır. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinin tələbləri pozulmuşdur. Buna görə də, xx.xx.2024-cü il tarixdə Şəxs MMC barəsində MN № ******* saylı 17 oktyabr 2024-cü il tarxli inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində X1 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xətaya görə özünü təqsirli bilməyərək və vəsatət təqdim edərək göstərmişdir ki, vəzifəli şəxs tərəfindən X1 protokolun Şəxs MMC-yə ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli 3-23/2-7072/2024 nömrəli müşaiyətedici məktubunda “Auditor xidməti haqqında” AR Qanununun 2-ci (Audit anlayışı), AR Mülki Məcəlləsinin 91.4.-cü (Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə), AR İnzibati Xətalar Məcəlləsinin 43.1.-ci (Rayon (şəhər) məhkəmələrinin aidiyyəti) maddələrinə istinadlar edilmişdir. AR Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 3.1.-ci maddəsində (İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi qaydası) qeyd olunmuşdur ki, “Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər”. Qeyd edir ki, cəmiyyət tərəfindən təqdim edilən maliyyə hesabatı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı deyildir, bu səbəbdən Şəxs MMC üçün 2022-ci il üzrə maliyyə hesabatının son təqdim edilmə tarixi 2023-cü ilin aprel ayının 30-u olmuşdur. Hesab edir ki, hazırkı halda inzibati xətanın törədilməsindən 1 ildən də çox müddət keçmişdir, müddətin keçməsi ilə bağlı X1 iş üzrə icraatı rədd edən hallar mövcud olduğundan “Fəsil Turizm" MMC-nin inzibati məsuliyyətdən azad edilərək X1 işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilmiş X1 protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinə əsasən “Auditor Xidməti Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manata dək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan MN № ******* saylı protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü tarixdə X1 protokol tərtib olunmuşdur. Məhkəmə barəsində X1 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, AR Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 3.1.-ci maddəsində (İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi qaydası) qeyd olunmuşdur ki, “Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər”. Qeyd edir ki, cəmiyyət tərəfindən təqdim edilən maliyyə hesabatı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı deyildir, bu səbəbdən Şəxs MMC üçün 2022-ci il üzrə maliyyə hesabatının son təqdim edilmə tarixi 2023-cü ilin aprel ayının 30-u olmuşdur. Hazırkı halda inzibati xətanın törədilməsindən 1 ildən də çox müddət keçmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati xətaya görə protokol ən geci bir il keçənədək, yəni xx.xx.2024-cü il tarixə dək inzibati tənbeh verilməsi üçün aidiyyatı üzrə göndərilməli olduğu halda, həmin müddət ötürülmüş X1 protokol məhkəməyə xx.xx.2024-cü il tarixdə göndərilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, X1 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş X1 iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş X1 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar