Məhkəmə qərarları › İş №3(027)-899/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-899/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-899/2024 29.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, X6 qızının katibliyi, Protokolu tərtib edən şəxs Mətin Kərimovun, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, İ Nügədi kəndindəqeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Quba rayonu, İ Nügədi kəndində keçmiş kürəkəni Ceyhun Qasımovun evində keçmiş kürəkəninin evində kürəkəni Ceyhun Qasımovun faktiki arvadı X4 döymüşdür. Bununla bağlı Quba rayon Polis Şöbəsinin sahə rəisi Mətin Kərimov tərəfindən Şəxs barəsində 29 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN 1603915-4023 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində evə gəldiyi zaman qızının həyətində ustanın işləməsini görmüşdür. Həmin zaman orada keçmiş kürəkəni Ceyhun, Ceyhunun bacısı Ruhiyyə və digər şəxslər olmuşdur. Keçmiş kürəkənindən həyətə niyə kamera quraşdırılmasını soruşmuş və bununla bağlı aralarında mübahisə baş vermişdir. Mübahisə baş verən zaman kürəkəni Ceyhunun faktiki arvadı Ellada da onların mübahisəsinə qarışmış və Ellada ilə də aralarında mübahisə olmuşdur. Mübahisə zamanı onu vurmamışdır. Sadəcə aralarında sözlü mübahisə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Şəxs onun ərinin keçmiş qayınatasıdır. xx.xx.2024-cü il tarixdə Quba rayonu, İ Nügədi kəndində aralarında mübahisə yaranmışdır. Eldar onu təhqir etmiş və onun bədəninin müxtəlif yerlərindən vurmuşdur. Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi Mətin Kərimov göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 650 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarət – boynunda arxada səthi kəsik-yara, boynunda solda və sinəsində sıyrıqlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar